Region
Türkiyədə dövlət çevrilişinə cəhd hadisələrindən 5 il ötür - FOTO/VİDEO
2016-cı ilin 15 iyul gecəsində FETÖ terror təşkilatının hərbi çevrilişə cəhd etməsindən 5 il ötür.
Publika.az xəbər verir ki, həmin hadisələrdə 251 nəfər şəhid olmuş, 2839 nəfər isə yaralanmışdı.
Özünü “Yurdda Sülh Şurası” adlandıran bir qrup Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət tətbiq edildiyini açıqlayıb. İlk növbədə Ankarada polis akademiyası partladılıb. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olunub. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də prezidentin baş katibi əsir alınıb. Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutulub.
Gecə saatlarında prezident Rəcəb Tayyib Ərdoğanın xalqı inqilabçılara qarşı dirənməyə çağırmasından sonra FETÖ-nün planı alt-üst olub, səhər saatlarına doğru isə təşkilatın silahlı üzvləri təslim olublar. Qiyamçılardan 104 nəfər məhv edilib.
İnqliaba cəhddə birbaşa 10 minə yaxın hərbiçi iştirak edib. 246 zirehli texnika, 74 tank, 37 helikopter, 24 ədəd “F-16”, 11 təyyarə və 3 hərbi gəmi istifadə edilib.
Ölkəni xaosa sürükləməyə cəhd edənlərə qarşı başladılan əməliyyatlar nəticəsində minlərlə FETÖ üzvü həbs edilib.
Qeyd edək ki, təşkilatın rəhbəri Fətullah Gülən uzun illərdir ABŞ-da yaşayır.

-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
