Region
Bursada Milli Qəhrəman Şirin Mirzəyev adına park açıldı - FOTO
Türkiyənin Bursa vilayətində Azərbaycan günləri keçirilir.
Publika.az xəbər verir ki, “Bir millət, iki dövlət” şüarı altında keçirilən layihə Bursada fəaliyyət göstərən “GİM AZDER” Dərnəyinin təşəbbüsü, Bursa Böyükşəhər, Karacabey bələdiyyələrinin, İğdır Mədəniyyət, Sosial və Həmrəylik, İstanbul Azərbaycan Dostluq, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik, eləcə də “GİM ULSİAD” dərnəklərinin təşkilatı dəstəyi ilə baş tutub.
Azərbaycan günləri çərçivəsində Bursanın Karacabey rayonunda Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin adına parkın açılışı olub.
Açılış mərasimində Milli Qəhrəmanın ailə üzvləri, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Bursa və Karacabey bələdiyyələrinin nümayəndələri, buradakı ictimai birliklərin üzvləri və digərləri iştirak ediblər.
Mehtər qrupunun qəhrəmanlıq mahnılarını ifa etməsi, Azərbaycanın vətənpərvərlik mahnılarının səsləndirilməsi ilə başlayan tədbirdə Karacabəy bələdiyyəsinin sədri Əli Özkan, Şirin Mirzəyevin xanımı Flora Qasımova, “Gələcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı – Azərbaycan deyincə” dərnəyinin sədri Hüseyn Vəliyev çıxış ediblər.
Çıxışlarda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbəyə gedən yolda Milli qəhrəmanların böyük rolu olduğunu, bu Zəfərə gedən yolun təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən atıldığını bildiriblər. Qazanılan bu Qələbədə qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olması vurğulanıb. Bursada Azərbaycanın Milli qəhrəmanları Polad Həşimovun və Şirin Mirzəyevin adını daşıyan parkların açılması Türkiyə-Azərbaycan qardaşlıq və dostluq münasibətlərinin bariz nümunəsi adlandırılıb, Azərbaycanın digər qəhrəmanlarının da adına parkların salınması prosesinin davam edəcəyi diqqətə çatdırılıb.
Şirin Mirzəyevin xanımı Flora Qasımova və Hüseyn Vəliyev Milli Qəhrəmanın adının Türkiyədə əbədiləşdirilməsinə görə Karacabəy bələdiyyəsinə xüsusi minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Əli Özkan Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin iki qardaş ölkəyə həsr etdiyi şeirini, Hüseyn Vəliyev isə şəhidlərimizə həsr etdiyi şeirlərini oxuyublar.
Milli Qəhrəmanın ailəsi adından Şuşa şəhərindəki Natəvan bulağının şəkli Karacabəy bələdiyyəsinə, Azərbaycanın Qələbəsini əks etdirən xatirə hədiyyələri Bursa Böyükşəhər bələdiyyəsinə təqdim olunub.
Tədbir “Zəfər marşı”nın səsləndirilməsi ilə başa çatıb.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp











.png)
















.jpg)
.jpg)





