Türkiyədə azərbaycanlı uçqun altında qaldı - Video
Bizi izləyin

Region

Türkiyədə azərbaycanlı uçqun altında qaldı - Video

Türkiyənin Artvin şəhərində baş verən torpaq sürüşməsində ölən azərbaycanlı sürücünün şəxsiyyəti məlum olub.

Bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu Feysbukda yazıb.

"Arvin vilayətində torpaq uçqunu zamanı həlak olan azərbaycanlı sürücünün şəxsiyyəti bəlli olub. 99 HY 188 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsinin sürücü Şahlar Kərimovdur", - o bildirib.

xxx

10:08

Türkiyənin Artvin vilayətinin Hopa və Kamalpaşa rayonları arasındakı yolda uçqun baş verib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, yolda dayanan iki TIR-ın üzərinə qaya parçaları düşüb. Nəticədə 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Hadisə yerinə xilasedicilər göndərilib.

Artvin valisi Yılmaz Doruk açıqlamasında ölən şəxsin Azərbaycan vətəndaşı olduğunu deyib.

Onun sözlərinə görə, uçqun Gürcüstan yolunun üzərində baş verib, yağışlardan sonra qayalar qoparaq yola düşüb.

xxx

10:23

Türkiyənin Artvin şəhərinin Hopa-Kemalpaşa yolunda baş verən torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd olunub ki, 3 yük maşın qayaların altında qalıb.

xxx

10:10

Türkiyənin Artvin şəhərinin Kemalpaşa rayonunda torpaq sürüşməsi olub.

Publika.az xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilib.

Məlumata görə, təbii fəlakət bölgəsində olan yük maşınları zərər görüb, yol bağlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm