İdman
"Real"ın baş məşqçi postuna sürpriz namizəd: Üçüncü dəfə...
"Real" yeni baş məşqçi axtarışlarını davam etdirir.
Publika.az xəbər verir ki, namizədlər arasında italiyalı mütəxəssis Massimiliano Alleqri də var. Bu barədə "Corriere dello Sport" məlumat yayıb.
Bildirilir ki, Madrid klubu uğursuz hesab edilən Xabi Alonso təcrübəsindən və hazırda komandanın qeyri-qənaətbəxş nəticələrindən sonra yenidən təcrübəli mütəxəssisə üstünlük vermək niyyətindədir. Hazırda komandaya rəhbərlik edən Alvaro Arbeloanın nəticələri rəhbərliyi qane etmir. Bu səbəbdən Alleqri ilə yanaşı, Yürgen Klopp da prioritet namizədlər sırasında göstərilir.
Qeyd edək ki, Alleqri daha əvvəl iki dəfə - 2019 və 2021-ci illərdə “Real”ın təkliflərini rədd edib. İlk halda o, "Yuventus" dövründən sonra fasilə götürmək istəyib, ikinci halda isə Madridə getmək əvəzinə Turin klubuna qayıtmağa üstünlük verib.
Hazırda "Milan" Alleqrinin rəhbərliyi altında A Seriyasında ikinci pillədə qərarlaşıb və lider "İnter"dən 10 xal geri qalır. İtaliya mətbuatında mütəxəssisin yayda “rossoneri”dən ayrıla biləcəyi barədə məlumatlar yayılıb. Səbəb kimi rəhbərliklə bağlı narazılıq göstərilir.
Heybət
-
Region17:55Ölüm xəbəri yayılan Əhmədinejad ictimaiyyət qarşısına çıxdı - Foto
-
Yaxın Şərq17:06İranın nüvə obyektlərində son vəziyyət: Sızma riski var?
-
Sosial16:14İrandan atılan raketi Türkiyə zərərsizləşdirdi
-
Rəsmi xronika15:45İlham Əliyev fərman imzaladı
-
İdman15:40PSJ-nin qapıçısı Azərbaycana gəlir? - "Sabah"dan açıqlama
-
Rəsmi xronika15:17Fərid Bağırzadə nazir təyin edildi
-
Dünya14:51Xamenei ilə vida mərasimi ləğv edildi - Yeniləndi
-
Rəsmi xronika13:09İlham Əliyev sərəncam imzaladı















.jpg)















.jpg)






