Region
Parkda müəmmalı ölüm - Putin əleyhdarı olan iş adamı həyatını itirdi
Rusiya Prezidenti Vladimir Putinə müxalif fikirləri ilə tanınan Latviya əsilli iş adamı Den Rapoportun müəmmalı ölümü beynəlxalq medianın gündəminə çevrilib.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Rusiya mətbuatı latviyalı iş adamının meyitinin ABŞ-ın paytaxtı Vaşinqtonda tapıldığını yazıb.
Məlumata görə, 52 yaşlı Rapoport külli miqdarda pul və intihar məktubu ilə birlikdə parkda ölü tapılıb. Amma Rapoportun həyat yoldaşı Alyona intihar xəbərini təkzib edib, mərhumun üzərində hər hansı məktubun tapılmadığını deyib. Alyona həyat yoldaşının şübhəli ölümü ilə bağlı istintaq başlandığını açıqlayıb.
Rapoport 2012-ci ildə Rusiyada anti-Putin etirazlarından sonra ABŞ-a köçüb və 2016-cı ilə qədər orada yaşayıb. 2016-cı ildə Kiyevə köçmək qərarına gələn Rapoport ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçkilərdə qalib gəldikdən sonra Vaşinqtondakı evini onun qızı İvanka və həyat yoldaşı Jared Kuşnerə satıb.
Rapoport həm də ukraynayönlü və həbsdə olan Rusiya müxalifətinin lideri Aleksey Navalnının tərəfdarı kimi tanınırdı.
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO




































