Region
Kütahyada inanılmaz kəşf!
Kütahyanın Çavdarhisar rayonunda YUNESKO-nun Dünya İrs Siyahısına daxil olan antik Aizanoi şəhərində aparılan qazıntılar zamanı Yunan mifologiyasında böyük əhəmiyyətə sahib olan Eros, Herakl və Dionisin heykəlləri tapılıb.

Publika.az xəbər verir ki, YUNESKO-nun Dünya İrs Siyahısına daxil olan antik Aizanoi şəhərində aparılan qazıntılarda hündürlüyü 2 metr 10 santimetr olan kişi heykəli ilə yanaşı, yunan mifologiyasına aid “Eros”, “Dionis” və “Herakl” heykəllərinin başlarını da aşkarlayıblar.

Qazıntı direktoru Prof. Dr. Gökhan Coşqun heykəllərin 2000 il əvvələ aid olduğunu bildirərək, “Kişi heykəlinin hündürlüyü 2,10 metrdir, postamentinin yalnız yarısı və bir ayağı yoxdur; digər hissələri tamamilə qorunub və saxlanılıb” deyib.
Çavdarhisara bağlı Aizanoi antik şəhərində aparılan qazıntılar Kütahya Dumlupınar Universiteti (DPÜ) tərəfindən 80 işçi və 20 texniki heyətlə Penkalas axını, agora və teatr bölmələrində aparılır.

E.ə 3000-ci ilə aid olan teatr, stadion, aqora və Zevs məbədi kimi tarixi strukturları ilə dövrün metropollarından biri olduğu düşünülən antik şəhərdə aparılan qazıntılar Penkalas çayında cəmləşib.

Ayşən
-
Pul19:36İlon Maskın sərvəti kəskin artdı
-
Sosial19:00Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü - Anası 3 nəfərdən şikayətçidir
-
İdman18:24"Turan Tovuz" "Kəpəz"i məğlub etdi
-
Region17:10İrandan sərt xəbərdarlıq: "Dünyanın istənilən nöqtəsinə zərbə endirəcəyik"
-
Hadisə17:00Azadlığa çıxan sabiq icra başçısı: "Müalicəyə başlamışam" - FOTO
-
Digər16:52Məktəbdəki partlayışda ölənlərin sayı artdı - 110 yaralı var - YENİLƏNİB
-
MDB15:49"Metsamor"un istismar müddəti rəsmən uzadıldı - 160 milyon dollar xərclənəcək
-
Hadisə13:26Bakıda müəmmalı şəraitdə ölən Bərdə sakininin yaxınlarına susmaq təklif olunub




















.jpg)




.jpg)








