Region
Xameneyinin sui-qəsd qorxusu: Ayətullah hakimiyyəti oğluna ötürür

“İranın rəhbəri Əli Xameneyi xroniki depressiyalardan əziyyət çəkir və o, bütün ağlı və hissləri ilə oğlunun varisliyi üçün narahatdır”.
Publika.az xəbər verir ki, bunu Yaxın Şərq tarixi üzrə məşhur fransalı ekspert Jan-Pier Filio “Le Monde” qəzeti üçün yazdığı məqaləsində qeyd edib.
Filio əvvəlcə “Charlie Hebdo” jurnalında çıxan Xameneyinin karikaturalarına istinad edir və yazır ki, Fransanın Tehrandakı səfirliyi qarşısında bu karikaturaların dərcinə etiraz olaraq keçirilən nümayişdə bir neçə onlarla insan iştirak edib. Filionun fikrincə, rejim öz tərəfdarlarını səfərbər edə bilməyib.
Müəllif hesab edir ki, Xameneyinin nəzərində iranlıların etirazı ölkənin sabitliyini pozmaq məqsədi ilə başlanmış ona qarşı olan sui-qəsddir.
“Dini mövqeyinin zəifliyinə baxmayaraq, Xameneyi 33 il sərt şəkildə və qətiyyətlə İran İslam Respublikasına rəhbərlik edərək Yaxın Şərqdə rekord qırıb. Cəllad kimi tanınan İbrahim Rəisinin prezidentliyi dövründə Xameneyinin repressiv meylləri daha da gücləndi və xalq etirazlarını yatırmaqda israr etdi. Özü də minlərlə insanın edam edilməsinə cavabdeh olan Rəisi bu işdə Xamneyinin xidmətində oldu. 83 yaşı olan və səhhəti getdikcə pisləşən Xameneyi ağır xroniki depressiyalardan əziyyət çəkir. Onun bütün beynini zəbt edən ölüm və məhv olmaq düşüncəsi, varislik qayğısı ilə birlikdə bu depressiyanı gücləndirdi”, - deyə müəllif qeyd edib.
Filio yazır ki, Xamneyinin oğlu Ayətullah rütbəsini ötən ilin yayında alıb və hazırda atasının sənaye və ticarət imperiyasının idarəçisidir və İnqilab Keşikçiləri ilə çox yaxındır. Müəllif Suriyada sülalə hakimiyyəti ssenarisinin artıq Əsəd ailəsi tərəfindən həyata keçirildiyini xatırladır.
Əli Xamneyi hələ də oğlunun varisliyini rəsmən elan etməsə də, Jan-Pier Filio onun hakimiyyətinin sona çatdığına inanır.
Akqabay

-
Nida Xəbər 29 Sentyabr 23:20
XİN-dən Almaniyaya: Dağlıq Qarabağ deyil, Qarabağdır!
-
İdman29 Sentyabr 22:06
"Qarabağ" "Sumqayıt"ı darmadağın etdi
-
Nida Xəbər 29 Sentyabr 21:33
Ajda Pekkan Qənirə Paşayevadan yazdı - FOTO
-
MDB29 Sentyabr 19:19
Putin orduya çağırışla bağlı fərman imzaladı
-
Nida Xəbər 29 Sentyabr 18:56
Hakan Fidan Azərbaycan xalqına başsağlığı verdi
-
Nida Xəbər 29 Sentyabr 18:38
Qarabağda müsadirə edilmiş silah-sursatın son siyahısı
-
Nida Xəbər 29 Sentyabr 18:27
Azərbaycan rəsmisi Xankəndidən şəklini paylaşdı - FOTO
-
Nida Xəbər 29 Sentyabr 18:09
Mnatsakanyan Ermənistana keçmək istəyərkən saxlanıldı