Region
Ermənistan gömrüyündə kütləvi həbs
Ermənistan Dövlət Gəlirləri Komitəsinin əməkdaşları külli miqdarda rüşvət alarkən tutulublar. 15 vergi məmuru cinayət işi üzrə təqsirləndirilir. Onlardan 12-si məhkəmənin qərarı ilə həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə cinayəti araşdıran Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, 2022-ci ilin noyabrından 2023-cü ilin yanvarına qədər bir qrup DSX məmuru müxtəlif malların idxalı ilə məşğul olan iş adamlarını “qoruyurmuşlar”. İş adamları yükdaşımanın real dövriyyəsini və həcmini gizlətmək, habelə vergi və gömrük rüsumlarını ödəməmək müqabilində vergi müfəttişlərinə külli miqdarda rüşvət veriblər.
İstintaq zamanı o da müəyyən edilib ki, Ermənistan Dövlət Gəlirləri Komitəsinin yüksək rütbəli məmuru tabeliyində olan işçinin yol verdiyi sui-istifadə hallarını bilə-bilə onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görməyib, əksinə, ondan pul mükafatı alıb.
İlkin istintaq çərçivəsində 30-dan çox axtarış aparılıb, həmin şəxslərin cinayətdə iştirakını təsdiq edən məlumatlar əldə edilib, həmçinin bir neçə qanunsuz odlu silah-sursat götürülüb. İbtidai instintaq davam edir.
Ayşən
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
