Region
Kamikadze dronlar İranda sursat zavoduna ZƏRBƏ ENDİRDİ - VİDEO
İranın İsfahan şəhərində güclü partlayış baş verib.
Publika.az xəbər verir ki, bu barədə bazar günü IRNA öz mənbələrinə istinadla məlumat yayıb.
Hadisə ölkənin Müdafiə Nazirliyinin sursat istehsalı mərkəzlərindən birində baş verib. Obyekt şəhərin şimalında yerləşir. Hazırda mövcud olan məlumata görə, itki yoxdur.
İsfahan vilayəti qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini partlayış faktını təsdiqləyib. O, həmçinin qeyd edib ki, hadisənin səbəbi və dəymiş ziyan müəyyən edilir.
İran Müdafiə Nazirliyinin iddiasına görə, sursat zavoduna kamikadze dronlar tərəfindən hücum edilib. Hücum nəticəsində itki olmayıb.
Dronlardan birinin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu, daha ikisinin müdafiə "tələləri"nə düşərək partladığı deyilir.
Hüseyn İbadlı
-
Ekopublika.az19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO







.jpg)







.jpg)









.jpg)


.jpg)








