Region
Səfir Malatyada itkin düşən azərbaycanlı tələbələrdən DANIŞDI
Malatyada dörd azərbaycanlı tələbə barədə xəbər yoxdur.
Publika.az xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov AZTV-yə müsahibəsində deyib.
Səfir qeyd edib ki, Türkiyədə ümumilikdə 27 min azərbaycanlı təhsil alır. Onların çoxu zəlzələnin baş vermədiyi ərazilərdə təhsil alır.
"Kahramanmaraşda 100 tələbəmiz var. Onlarla əlaqə yaratmışıq, hamısı qaydasındadır. Təəssüflər olsun ki, Malatyada binanın çökməsi nəticəsində orada yaşayan 4 azərbaycanlı tələbə itkin düşüb. Onlardan hələ xəbər ala bilməmişik", - səfir bildirib.
Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Son məlumatlara görə, zəlzələ nəticəsində 1 541 nəfər həyatını itirib, 9 733 nəfər yaralanıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
