Region
Rusiyalı alimdən zəlzələ ilə bağlı qorxulu xəbərdarlıq: Azərbaycanda da olacaq... - VİDEO
09:22
Türkiyə zəlzələsi Qafqazda və Ərəbistan yarımadasında oxşar fəlakətlərə səbəb ola bilər.
Publika.az xəbər verir ki, belə bir proqnozla Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Sergey Pulinets çıxış edib.
Onun sözlərinə görə, Türkiyədə baş verən zəlzələnin yeni təkanlar üçün tətik ola biləcəyi radius təxminən 2000 km-dir.
Alim qeyd edib ki, əgər haradasa artıq zəlzələyə çevrilməyə hazır fokus var idisə, o zaman Türkiyə təbii fəlakəti belə bir fokusu “oyada” bilər.
“Qafqazda, Azərbaycanda, Türkmənistanda, Ərəbistan yarımadasında Türkiyə zəlzələsi ilə əlaqəli hadisələr mümkündür”, - Pulinets bildirib.

Alim əlavə edib ki, zəlzələyə bir çox amillər təsir edir: dolunay və yeni Ay, su anbarının doldurulması, nüvə silahlarının sınaqdan keçirilməsi və s.
"Nüvə silahlarının sınaqları nəticəsində Yer kürəsində seysmik aktivlik artıb. Zəlzələ tətikləri kimi anlayışlar var. Çox vaxt onlar dolunay, yeni Ay ilə əlaqələndirilir və olduqca məqbuldur. Türkiyədə bu zəlzələ ayın tam dolduğu anda baş verib. Çünki cazibə qüvvələri təsir edir, baxmayaraq ki, bir çoxları onların çox zəif olduğunu deyirlər. Ancaq tətikləyici budur. Çox zəif olsa belə, lazımi anda işləyir. Tətiklər fərqlidir. Su anbarı dolur, yer qabığı deformasiyaya uğrayır və orada zəlzələ baş verə bilər. Nüvə silahlarının atmosferdə sınaqdan keçirilməsindən sonra yeraltı qlobal seysmik aktivlik xüsusilə kəskin şəkildə artıb və artan səviyyədə davam edir. Baxmayaraq ki, sınaqlar dayanıb”, – Sergey Pulinets bildirib.
Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 391 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 62 914 nəfər yaralanıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar baş verib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə yol açıb.
Akqabay
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika23 Sentyabr 16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial23 Sentyabr 14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə23 Sentyabr 13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin223 Sentyabr 12:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı










.jpg)



























