Region
Zəlzələdə dağılan binanın podratçısı hava limanında SAXLANILDI - FOTO
Hatayda zəlzələdə dağılan "Rönesans Rezidans"ın podratçısı Mehmet Yaşar Coşkun xaricə qaçmaq istəyərkən hava limanında yaxalanıb.
Publika.az xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb.
Qeyd edək ki, Hatayın Antakya rayonunda İnönü Bulvarında 2013-cü ildə tamamlandığı bildirilən 250 mənzilli 12 mərtəbəli "Rönesans Rezidans" Kahramanmaraş mərkəzli 7,7 bal gücündə zəlzələ nəticəsində dağılıb.
Layihənin dağıntıları havadan pilotsuz təyyarə ilə görüntülənib. Həmin kadrlarda zəlzələ zamanı tikilinin hovuzunun yerləşdiyi əraziyə doğru aşdığı və küçədəki digər binaya ziyan dəydiyi əks olunur.


Təxminən 1000 nəfərin yaşadığı təxmin edilən binada dağıntılar altında çoxlu adamın qaldığı bildirilib.
Axtarış-xilasetmə qrupları əraziyə çatarkən məlum olub ki, tikinti şirkəti 2013-cü ildə binaların fotolarını sosial şəbəkədə “Cənnətdən bir parça -"Rönesans Rezidans"" qeydi ilə paylaşıb.
Hüseyn İbadlı
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi
-
Ekologiya09:24Günəşdə nəhəng şüa aşkarlandı: Yer üçün təhlükə var?
-
Nida Xəbər 09:00Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR
-
Sağlamlıq08:00Dəri problemlərinin gizli səbəbi aşkarlandı
-
İdman07:30Mourinyonun “xaos” fəlsəfəsi: “Real Madrid”in uğurunun arxasında nə dayanır?
-
Magazin106:46"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Pul05:15"Bitcoin" kəskin ucuzlaşdı
















.jpg)


















.jpg)
.jpg)