Region
Sarsılmaz türk birliyi: qardaş qardaşının yaralarını belə sardı... - Akdemir
Millət olaraq birlik və həmrəylik nümayiş etdirərək bunun öhdəsindən gələcəyik.
Bu sözləri Publika.az-a açıqlamasında Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi, araşdırmaçı-yazar Dr. Derya Akdemir deyib
Akdemir türk millətinin bir çox fəlakət və bəlaları səbir və əzmlə aşdığını xatırladıb və qeyd edib ki, Allahın izni ilə bu mərhələdə tezliklə geridə qalacaq.

Araşdırmaçı yazar dəhşətli fəlakətdə həyatını itirənləri ehtiramla yad edərkən, yaralananlara şəfa diləməyi də unutmayıb:
"Türk milləti on gündən çoxdur ağlayır. Fəlakət həm də bütün dünyaya göstərdi ki, millətimiz çətin günlərdə birləşib bu şəraitdə yarasını sağalda bilir. Səbr və inadla qardaşın qardaşının köməyinə necə qaçdığını gördük.
Bütün türk milləti olaraq sinəmizi qabardıb çəkinmədən “Türkəm!” deyə bilməyin qürurunu yaşadıq və hələ də yaşamağa davam edirik. Kimi qızının cehizini, kimi də zəlzələ bölgəsində olan qardaşı üşüməsin deyə geyindiyi paltosunu çıxarıb göndərdi. Bu çətin günlərdə ümiddən yapışdıq, qəm-qüssədə boğulduq, hər bir can dağıntılar altından xilas olarkən göz yaşlarımızı saxlaya bilmədik. İstərdik ki, gözləyən hər bir can dağıntılardan sağ-salamat xilas olsun. Heç bir soba boş qalmasın. Amma həyat belədir, bəzən bizi kədərləndirir ki, sınaqlardan çıxıb gələcəyə daha möhkəm yapışaq. Millət olaraq siyasi meydanlarda çıxış edənlərin əsl simasını gördük, kimlərin yanımızda olduğunun, kimin dezinformasiya ilə meydanı qızışdırmaq istədiyinin şahidi olduq. Bunu da çox yaxşı bilirəm ki, əziz millətim İstiqlal mübarizəsində öz canını vətəni uğrunda sevə-sevə keçdiyi kimi, bu gün xaricdəki düşmənlərinə qarşı eyni şəkildə vuruşacaq, yaralarını sağaldacaq və sabahlarını yenidən qurmaq üçün həyata bağlanacaq".
Derya Akdemir sonda Vətən uğrunda böyük mübarizə aparan türk dövlətinə, əsgərlərə, polislərə, təhlükəsizlik və səhiyyə işçilərinə təşəkkür edib.
Aytən
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
-
Magazin212 May 20:48Farah Zeynep Abdullaha nə olub? - FOTO
-
Nəqliyyat12 May 19:48Daha bir müntəzəm marşrutun avtobusları yenilənir






















.png)














