Məşhur siyasətçidən sensasion iddia: Zəif millətlər yox olacaq, güclülər qalacaq
Bizi izləyin

Region

Məşhur siyasətçidən sensasion iddia: Zəif millətlər yox olacaq, güclülər qalacaq

Məşhur siyasətçidən sensasion iddia: Zəif millətlər yox olacaq, güclülər qalacaq

Macarıstanın baş naziri Viktor Orban ölkəni davamlı olaraq inkişaf etməyə və silahlanmağa çağırıb.

Publika.az xəbər verir ki, siyasətçi zəif xalqların tezliklə yox olacağını proqnozlaşdırıb. Orbanın sözlərinə görə, gələcəkdə yalnız ən güclülər sağ qalacaq.

“Bizə güclü ölkə, güclü hökumət, güclü iqtisadiyyat, güclü ordu və nəhayət, güclü hüquq-mühafizə orqanları lazımdır. Biz özümüzü inkişaf etdirməli və təchiz etməliyik. Zəif millətlərin yox olacağı, güclülərin qalacağı zamanlar gəlir. Ona görə də hər gün müdafiə və hüquq-mühafizə xidmətlərimizi gücləndirmək lazımdır”.

Baş nazir əlavə edib ki, Macarıstanın qonşuluğunda “dünyanın təməllərinin sarsılmasının episentri” olan Ukraynada münaqişə gedir. Eyni zamanda cənubdan minlərlə miqrant ölkəni mühasirəyə alır. Orban qeyd edib ki, bu gün Macarıstan Avropanın və bütün dünyanın ən təhlükəsiz ölkələrindən biridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm