Region
Paşinyanın adamı Moskvanı “vurdu” - Zəngəzur dəhlizini Rusiyaya etibar edə bilmərik
“Məgər bizim Rusiya ilə razılaşmamız, 9 noyabr tarixli bəyanatımız yox idi? Həmin razılaşmada Rusiya Federasiyası Qarabağ xalqının sülh və təhlükəsizliyinin təminatçısı kimi göstərilib. Bəs nə baş verdi?”
Publika.az xəbər verir ki, bunu hakim “Mülki müqavilə” partiyasından deputat, Ermənistanın keçmiş müdafiə nazirinin müavini Qaqik Melkonyan parlamentdə jurnalistlərə bildirib.
O, Rusiyanı ittiham edib, bu ölkəyə etibarın olmadığını bildirib. “Hətta bizim əlimizdə bəzi ərazilər var idi ki, Qarabağda təhlükəsizliyin qarantı olacaqları ilə bağlı müttəfiqimiz Rusiyanın sözlərinə inanaraq bir güllə belə atmadan tərk etdik. Bəs sonumuz necə oldu? Qarabağın itirilməsi ilə nəticələndi.
İndi biz öz təhlükəsizliyimizi, yoxsa Zəngəzur dəhlizini yenidən Rusiyaya etibar edə bilərikmi? Əlbəttə edə bilmərik. Əgər biz yenidən Moskvada sülh müqaviləsi bağlasaq, o zaman bizim təhlükəsizliyimizin Qarabağdakı kimi olmayacağına hansı zəmanətimiz var?”, - deyə Melkonyan bildirib.
Tural
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO