Molla rejimi ayıldı: 33 ölkəyə qarşı viza qadağası ləğv edildi
Bizi izləyin

Region

Molla rejimi ayıldı: 33 ölkəyə qarşı viza qadağası ləğv edildi

İran 33 ölkəyə qarşı viza qadağasını ləğv edib. Bu, iranofobiya ilə mübarizədə effektiv addımdır.

Publika.az xəbər verir ki, bu barədə “Pars Today” məlumat yayıb.

“İrana daxil olan turistlər düşmənlərin təqdim etdiyi vəziyyətin tam əksini görəcək və İranın gözəl və təhlükəsiz ölkə olduğu haqda həqiqəti dünyaya çatdıracaqlar”, - məlumatda bildirilir.

“13-cü hökumətin fəaliyyəti dövründə qəbul edilmiş turizm sektorunun inkişafı siyasəti çərçivəsində son iki ildə həyata keçirilən bütün tədbirlərlə yanaşı, 33 ölkə ilə viza rejiminin ləğvi ilə bağlı qərar qəbul edilib. Bu qərar nəticəsində dünya əhalisinin təxminən yarısı İrana asanlıqla daxil ola bilir. Bu o deməkdir ki, İran öz qapılarını çoxlu sayda turistin üzünə açıb ki, bu da iranofobiya ilə mübarizədə önəmlidir”, - yazıda vurğulanır.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm