Putindən Ərdoğana JEST
Bizi izləyin

Region

Putindən Ərdoğana JEST

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, görüş zamanı Putin Ərdoğanı 70 illik yubileyi münasibətilə təbrik edib.

Söhbət zamanı dövlət başçıları ikitərəfli münasibətləri müzakirə ediblər. Putin Türkiyə-Rusiya münasibətlərinin dostluq əsasında irəliləməsinə verdiyi töhfələrə görə Ərdoğana təşəkkür edib.

Xatırladaq ki, Kremlin sözçüsü Dmitri Peskov Putinin Rusiyada prezident seçkilərindən əvvəl Türkiyəyə işgüzar səfər edə biləcəyini açıqlamışdı. Onun sözlərinə görə, hələlik dəqiq tarix müəyyən edilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm