Nida Xəbər
İtkin düşən hərbçimiz qətlə yetirilibmiş - Rəsmi
Xəbər verildiyi kimi, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Müdafiə Nazirliyinin N saylı hərbi hissəsin hərbi qulluqçusu, əsgər Hüseynov Ceyhun Tofiq meyitinin 2 gün sonra Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində yerləşən ərazidə aşkar edilməsi faktı üzrə Naxçıvan hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, cinayət işi üzrə məhkəmə-tibbi, komplesk məhkəmə-ballistik, daktiloskopik və trasoloji eskpetizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunur.
Azərbaycan Respublikasının Baş Prokurorluğu hadisə ilə əlaqədar əsgərimizin ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verərək bildirir ki, cinayət işi üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri tədbirlərin görülməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq.
Qeyd edək ki, Ceyhun Hüseynov ölkənin ən savadlı gənclərindən biri olub. Belə ki, o, Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib. Həmin il 627 balla ADA Universitetinin Beynəlxalq münasibətlər ixtisasına daxil olan Ceyhun daha sonra Yaponiyada mübadilə proqramı çərçivəsində təhsil alaraq yüksək göstərici ilə məzun olub. Magistr dərəcəsini Təl-Əvivdə alan Ceyhun vətənə qayıtdıqdan sonra hərbi xidmətə yollanıb.
-
Region14:42
İranlıların arağına ”haram” qatan 4 nəfər edam edildi
-
Yaxın Şərq14:24
"Hizbullah" Netanyahunun yataq otağını vurub: Baş nazir və xanımı Sara...
-
Qarabağ 13:35
Ərdoğan Bakı və İrəvanın sülh uğrunda səylərini yüksək qiymətləndirdi
-
Region12:11
Tavuş rayonunun yolu partladılacaq: Ermənilərə xəbərdarlıq edildi - VİDEO
-
ABŞ11:28
Bu 3 ölkə ABŞ-da seçkiləri pozmaq istəyir - Kəşfiyyat İdarəsi İZƏ DÜŞDÜ
-
Dünya11:08
Fətullah Gülənə rəhmət diləyən aparıcıya görün hansı cəza verildi - FOTO
-
Sosial10:35
Pensiya alanların nəzərinə!
-
Hadisə10:02
Bakıda aktyor və həyat yoldaşı qətlə yetirildi