Paşinyan separatçıları hədələdi: Bizi məcbur etməyin ki...
Bizi izləyin

Region

Paşinyan separatçıları hədələdi: Bizi məcbur etməyin ki...

Mən hakimiyyətin siyasi iradəsini vurğulamaq istəyirəm ki, biz “Dağlıq Qarabağ”ın klerikal-feodal elitasının xalqdan öz klan məqsədləri üçün istifadə etməsinə imkan verməyəcəyik.

Publika.az xəbər verir ki, bunu Ermənistanın baş nazir Nikol Paşinyan iyunun 14-də hökumətin iclasında deyib.

“Biz çox səbirliyik, çox tolerantıq, sevgimizi gizlətmirik, lakin bu, heç kimi çaşdırmamalı, bu hakimiyyətin zəifliyi kimi qəbul edilməməlidir.

Ümid edirəm ki, bu mesajları qəbul edənlər hər şeyi başa düşəcəklər və bizi konkret addımlar atmağa məcbur etməyəcəklər”, - Paşinyan bildirib.

Qeyd edək ki, Qarabağ klanı – separatçılar açıq şəkildə keşiş Baratın rəhbərlik etdiyi aksiyaya dəstək verməyə başlayıblar. Separatçıların sonuncu rəhbəri Samvel Şahramanyan da Baqratın dəstəsinə qoşulduğunu bildirib. Böyük ehtimalla, Paşinyan separatçıların zərərsizləşdirilməsi prosesinə başlayacaq.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm