Qəza törədən oğlu ilə ABŞ-yə qaçan yazıçı saxlanıldı
Bizi izləyin

Region

Qəza törədən oğlu ilə ABŞ-yə qaçan yazıçı saxlanıldı

Ölümlə nəticələnən qəzanı törədən yeniyetmə oğlunu qaçaq yolla Misirə, daha sonra ABŞ-yə aparan türkiyəli yazıçı Eylem Tok saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç “X”də bildirib.

Nazir qeyd edib ki, yazıçı və oğlu ABŞ-də saxlanılıb.

Xatırladaq ki, martın 5-də Türkiyənin İstanbul şəhərinin Eyüpsultan qəsəbəsində yazıçı və onun 16 yaşlı oğlu T. C. lüks avtomobillə yol kənarındakı maşına çırpılıb. Qəza zamanı digər maşındakı 5 nəfərdən 4-ü müxtəlif dərəcəli xəsarətlər alıb, 1-i isə hadisə yerindəcə keçinib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm