Tarix
Erməni vandallığını əks etdirən qısametrajlı film hazırlanır
“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin Mədəniyyət Nazirliyinin maliyyə dəstəyilə həyata keçirdiyi “Danışan abidələr” layihəsi üzrə Azıx mağarası ilə bağlı qısametrajlı film hazırlanır. Artıq bu məqsədlə Azıx mağarasında çəkilişlər aparılıb.
Azıx mağarasının timsalında işğal dövründə Ermənistanın dünya əhəmiyyətli tarixi-mədəniyyət abidələrimizə vurduğu ziyanı, törətdiyi vandallıqları beynəlxalq ictimaiyyətə çatdırmağı nəzərdə tutan layihənin icrası uğurla davam etdirilir.
Bu barədə Publika.az-a “Alternativ” Kommunikasiya və Tədqiqatlar İB-dən məlumat verilib.
Qeyd olunub ki, qısametrajlı film işğal dövründə ermənilərin Azıx mağarasında əcnəbi mütəxəssislərin iştirakı ilə apardığı qanunsuz arxeoloji qazıntılar və hazırda abidənin bərpası ilə bağlı həyata keçirilən işləri əks etdirir.
“Vizual hekayələr vasitəsilə mədəni bərpa” yanaşmasının tətbiq edildiyi multimedia məhsulu öz innovativliyi ilə fərqlənir.
Qısametrajlı film hazır olduqdan sonra ingilis dilinə tərcümə ediləcək, geniş auditoriyaya təqdim olunaraq, sosial mediada yayılacaq.
“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin həyata keçirdiyi “Danışan abidələr” layihəsi çərçivəsində hazırlanan qısametrajlı film Qarabağ və Şərqi Zəngəzurda tarixi-mədəniyyət abidələrimiz, onlara vurulmuş ziyan və bərpa işlərilə əlaqədar önəmli məlumatlandırıcı və təbliğedici resurslardan biri olacaq.
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər




















.png)





.jpg)











