Ermənistanda polis etirazçıları dağıtmaq üçün səs bombalarından istifadə edir - VİDEO/YENİLƏNDİ
Bizi izləyin

Region

Ermənistanda polis etirazçıları dağıtmaq üçün səs bombalarından istifadə edir - VİDEO/YENİLƏNDİ

Ermənistan parlamentinin binası yaxınlığında polis səs bombalarından istifadə etməyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.

***

Ermənistan parlamenti yaxınlığında polislə etirazçılar arasında toqquşma olub.

Publika.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, etirazçılar parlament binasının qarşısındakı kordonu yarmağa cəhd edir, təhlükəsizlik qüvvələri bunun qarşısını almağa çalışırlar. Etirazçıların polislərə butulka atdığı deyilir.

Bundan əvvəl 42 etirazçının saxlanıldığı bildirilib.

Xatırladaq ki, Bu gün “Vətən naminə Tavuş” müxalif hərəkatı Ermənistan parlamentinin binası önündə aksiyaya başlayıb. Bununla əlaqədar Ermənistan polisi parlament binasının önünə tikanlı məftillər və xüsusi texnika gətirib. Ölkənin Daxili İşlər Nazirliyi aksiya iştirakçılarına və təşkilatçılara müraciət edərək ictimai asayişi pozacaq fəaliyyətlərdən çəkinməyə çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm