Dövlətçiliyə zərbə vururlar: Paşinyan müxalifəti ittiham etdi
Bizi izləyin

Region

Dövlətçiliyə zərbə vururlar: Paşinyan müxalifəti ittiham etdi

Ermənistanda müxalifət nümayəndələri iyunun 12-də keçirilən etiraz aksiyaları zamanı ölkə parlamentinə hücum etməyə cəhd ediblər.

Publika.az TASS-a istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan etirazçıları respublikanın dövlətçiliyinə hücumda ittiham edib.

“Etirazçılar parlamentə hücum etmək üçün polis xəttini zorla keçməyə çalışıblar. Polis Ermənistanın dövlətçiliyini müdafiə edib”, - deyə Paşinyan bildirib.

Onun fikrincə, təhlükəsizlik qüvvələrini aksiya iştirakçılarının qanunsuz hərəkətlərinə cavab vermək üçün düzgün strategiya seçib və bu strategiyanın gələcəkdə də dəyişməyəcəyinə əminliyini ifadə edib.

İyunun 9-da “Vətən üçün Tavuş” hərəkatının lideri, Erməni Pravoslav Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyan müxalifət nümayəndələrini dörd günlük etiraz aksiyasına çıxmağa çağırıb. Vətəndaş itaətsizliyi kampaniyalarının iştirakçıları münaqişənin həlli çərçivəsində dörd sərhəd kəndinin Azərbaycana verilməsi qərarı fonunda Paşinyanın rəhbərlik etdiyi respublika hökumətini istefaya çağırırlar.

Xatırladaq ki, iyunun 12-də axşam saatlarında Ermənistan Milli Assambleyasının binası yaxınlığında baş verən toqquşmalar nəticəsində 101 nəfər xəsarət alıb.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm