Bu region ölkəsi İranın neft yataqlarına sərmayə qoyacaq
Bizi izləyin

Region

Bu region ölkəsi İranın neft yataqlarına sərmayə qoyacaq

İranın neft naziri Cavad Ovci Rusiya Federasiyasının İranın neft yataqlarına sərmayə qoyacağını bildirib.

Publika.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi yazır.

Ovci jurnalistlərə bildirib ki, İran-Rusiya müştərək iqtisadi komissiyasının rusiyalı rəhbəri ilə görüşdə iki ölkə arasında son üç ildə əlaqələrin gündəmində olan bütün məsələlər müzakirə olunub. Bunlar arasında İranda yeni neft yataqlarına Rusiyanın investisiyaları da daxildir.

O əlavə edib ki, sənaye, neft-qaz, elektrik stansiyaları, Buşehrdə ikinci atom elektrik stansiyası, bankçılıq, Şimal-Cənub dəhlizi və Rəşt-Astara dəmir yolu sahələrində irəliləyişlərə baxılıb.

İranın neft nazirinin sözlərinə görə, tərəflər müştərək layihələr vasitəsilə problemlərin həllini müzakirə edərək, xüsusilə neft, qaz və neft-kimya sənayesində yeni razılaşmalar və həll yollarının əldə edildiyini qeyd ediblər.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm