Rusiyalı diplomat: "Sülh sammiti" münaqişənin vaxtını uzadır
Bizi izləyin

Region

Rusiyalı diplomat: "Sülh sammiti" münaqişənin vaxtını uzadır

İsveçrədə Ukrayna ilə bağlı keçirilən “sülh sammiti” münaqişənin həllini yaxınlaşdırmayacaq, əksinə onu gecikdirəcək.

Publika.az xəbər verir ki, bunu Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin deyib.

“Fakt budur ki, zirvə Ukraynadakı münaqişənin sonunu yaxınlaşdırmır, amma gecikdirir, lakin Rusiya olmadan sülhə nail olmaq mümkün deyil”, - o, Danimarkanın "Politiken" qəzetinə müsahibəsində deyib.

Diplomat qeyd edib ki, İsveçrə sammitini Rusiya ilə hərbi qarşıdurmaya başlamaq və onu geosiyasi məğlubiyyətə uğratmaq istəyən Qərb ölkələri dəstəkləyir. Onun sözlərinə görə, onların məqsədi sülh tərəfdarı kimi görünmək, eyni zamanda Ukraynanı silahla doldurmaq və Rusiya ərazisinə hücuma icazə verməkdir.

Danimarka da öz növbəsində “Zelenski formulu”nun təbliğində fəal iştirak edir. Səfir qeyd edib ki, Ukraynanın bu təşəbbüsünü təqdim etmək üçün 2023-cü ilin yayında Kopenhagendə beynəlxalq görüş təşkil olunub.

“Eyni zamanda, Danimarka Kiyevin hərbi qələbəsinin mümkünlüyündən də danışır və Ukraynaya, məsələn, Fransa və İtaliyadan daha böyük miqdarda silah verir”, - diplomatik missiyanın rəhbəri bildirib.

Qeyd edək ki, Ukrayna üzrə “Sülh Konfransı” iyunun 15 və 16-da keçiriləcək.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm