Baqrat yenə vəd verdi: “Mübarizə daha əhatəli və genişmiqyaslı olacaq”
Bizi izləyin

Region

Baqrat yenə vəd verdi: “Mübarizə daha əhatəli və genişmiqyaslı olacaq”

Artıq heç bir legitimliyi olmayan iqtidar yalnız pulunu və mövqeyini qoruyub saxlamaq istəyir, bunu 12 iyun hadisələri də sübut edir.

Publika.az xəbər verir ki, bu sözləri “Vətən uğrunda Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan deyib.

Onun sözlərinə görə, iyunun 12-dən sonra mübarizənin yenidən qurulması mərhələsinə daxil olublar:

“Mübarizə daha əhatəli və daha genişmiqyaslı olacaq. Məzmun eyni qalır. Hərəkat daha böyük miqyasda, daha böyük təşkilati dəyişikliklərlə davam edir ki, siz tezliklə bunun şahidi olacaqsınız”.

Qalstanyan iddia edir ki, bu gün də təqiblər davam edir. “İş adamlarına da təzyiqlər var. Onlar hər vasitə ilə insanları qorxutmağa çalışırlar, lakin heç kim geri çəkilməyəcək. Bütün faktlarla bağlı hesabat təqdim edəcəyik. Bu müddət ərzində yalnız vətəndaşlar həbs edilib, saxlanılıb. Bir nəfər də olsun polisə qarşı heç bir iş başlanmayıb” deyən din xadimi onların mübarizəsinin siyasi tərkib hissəsinin dəyişməz qaldığını əlavə edib.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm