Kanadaya XƏBƏRDARLIQ: "Tehran qisas almaq hüququnu özündə saxlayır"
Bizi izləyin

Region

Kanadaya XƏBƏRDARLIQ: "Tehran qisas almaq hüququnu özündə saxlayır"

Kanada səfiri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınması ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Publika.az xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

"Kanadanın İranın rəsmi Silahlı Qüvvələrinin ayrılmaz hissəsinə status verilməsi ilə bağlı qanunsuz hərəkəti beynəlxalq hüququn prinsip və normalarını pozan zərərli təxribatdır. Sadəcə soyqırım rejiminə, terrorçulara, regional sülh və sabitliyin digər düşmənlərinə hədiyyədir.",- deyə İranın xarici işlər naziri Əli Baqeri Kani sosial şəbəkələrdə yazıb.

Kanada səfirinə bildirilib ki, Tehran qisas almaq hüququnu özündə saxlayır.

Xatırladaq ki, bundan əvvəl Kanada İran SEPAH-ı terror təşkilatı kimi tanıyıb.

Rəsmi Ottava bütün vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm