Region
Serhat Akın güllələndi - FOTO
Türkiyə millisinin və “Fənərbaxça” klubunun sabiq futbolçusu Serhat Akın silahlı hücuma məruz qalaraq güllə yarası alıb.
Publika.az xəbər verir ki, bu barədə 43 yaşlı sabiq hücumçu sosial şəbəkə hesabında bildirib.
O, ekspert kimi çıxış etdiyi televiziya proqramından geri dönərkən yolda tanımadığı şəxslərin hücumuna məruz qalıb.
Xəstəxanaya çatdırılan S.Akının vəziyyəti yaxşıdır. Onun əməliyyat olunacağı deyilir.
Hadisə ilə bağlı “Fənərbaxça” klubu da açıqlama yayıb.
“Keçmiş futbolçumuz Serhat Akına qarşı silahlı hücumu qınayırıq. Onun tezliklə sağalmasını diləyirik. Hadisəni törədənlərin ən qısa zamanda ədalət qarşısında cavab vermələrini gözləyirik”, - klubdan bildirilib.
Qeyd edək ki, 5 mövsüm “Fənərbaxça”da çıxış edən futbolçu 3 çempionluq qazanıb. O, “Fənərbaxça” forması ilə rəsmi matçlarda 154 dəfə meydana çıxıb və 49 qol vurub. ("Qafqazinfo")
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi






































