Region
Sərhədlərimizdə qlobal müharibə: İrana hücum hazırlığı başladı - DETALLAR

Suriyada Əsədin devrilməsindən sonra İran ətrafında halqa daha da daralıb. Tehrana bağlı HƏMAS-ı sıradan çıxaran, daha sonra Livanda "Hizbullah"ı böyük ölçüdə neytrallaşdıran İsrail Əsədin devrilməsi ilə İrana hərbi müdaxilə ssenarisinə daha bir addım yaxınlaşdı. Çünki Suriyada məğlubiyyətlə üzləşən İranın "Hizbullah"la quru əlaqəsinin təhlükəyə düşməsi bölgədə təsir imkanlarını zəiflədir.
Publika.az xəbər verir ki, İsrail mediasının gündəmə gətirdiyi iddia baş verənlər fonunda diqqət çəkir.
İddiaya görə, İsrail Hərbi Hava Qüvvələri İranın nüvə obyektlərinə hücum etməyə hazırlaşır. Bu iddia adının açıqlanmasını istəməyən israilli hərbçilərə istinadən irəli sürülüb.
İsrailin hərbi rəsmiləri bildirir ki, İranın nüvə obyektlərinə hücum hazırlığına artıq start verilib. İsrail ordusu "Hizbullah"ın zəifləməsi və Əsədin devrilməsindən sonra Suriya hava müdafiə sistemlərinin əksəriyyətinin sıradan çıxmasını fürsət olaraq görür.
Əsədin devrilməsindən dərhal sonra Suriyaya hücum edən İsrail 48 saat ərzində bu ölkənin hava hücumundan müdafiə sistemlərinin 85 faizini, raket sistemlərinin isə 90 faizini sıradan çıxardı. Bu, İrana hücumda İsrailin önünü açan amildir. Hərçənd, hücumun zamanı bəlli deyil.
İsrail ötən ay İrana hücumu zamanı ABŞ-ın istəyi ilə nüvə obyektlərinə zərbələr endirməkdən çəkindi. Lakin Ağ Evdə Trampın hakimiyyəti başladıqdan sonra bu hücumun reallaşdırılacağı ehtimalları güclüdür. Tramp da İranla müharibəni istisna etməyib.
Baş verənlər Azərbaycan sərhədlərinə yaxın bölgədə qlobal müharibənin başlaya biləcəyi risklərini artırır. Mümkün müharibə ssenarisində Azərbycanın üzləşə biləcəyi əsas problem İrandan qaçqın axını ola bilər.
Asif
-
ABŞ03:18
Ağ Evin bir hissəsi söküldü - Fotolar
-
Qoroskop01:40
Günün ulduz falı: Hər ehtimala qarşı "B" planı hazırlayın!
-
Dünya20 Oktyabr 23:45
Hərbi karvan mikroavtobusla toqquşdu - 3 əsgər yaralandı
-
Nəqliyyat20 Oktyabr 22:18
Məktəbliyə qarşı qeyri-etik hərəkət edən taksi sürücüsü HƏBS OLUNDU
-
İdman20 Oktyabr 22:05
Başınızı aşağı salmayın, uşaqlar! - Messi onlara müraciət etdi
-
Magazin220 Oktyabr 21:00
"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi
-
MDB20 Oktyabr 20:24
Putin və Tramp Macarıstana birlikdə gedəcək?
-
ABŞ20 Oktyabr 19:50
Bu ölkə ABŞ-dakı səfirini geri çağırdı