Region
Zurabişvili Fransaya gedəcək, yoxsa Gürcüstanda qalıb pensiya alacaq? - PROQNOZ
Gürcüstan prezidenti Salome Zurabişvili məğlubiyyətdən sonra Belarusu tərk edən Svetlana Tixanovskayanın taleyini təkrarlaya bilər.
Publika.az xəbər verir ki, bunu "RİA Novosti"yə İMEMO RAS-ın Qafqaz sektorunun baş elmi işçisi Aleksandr Krılov deyib.
Mütəxəssisin fikrincə, Gürcüstan müxalifətinin "Avromaydan"ın analoqunu keçirmək üçün kifayət qədər resursları yoxdur. Zurabişvilinin tezliklə ölkəni tərk edərək Fransaya getməsi və özünü mühacirətdə olan Gürcüstanın qanuni prezidenti adlandırması ehtimalı var.
Rusiya hökuməti yanında Maliyyə Universitetinin eksperti Şota Axaidze isə əks fikir söyləyib. O əmindir ki, heç kim Zurabişvilini ölkədən qovmayacaq, ona görə də o, “mühacirətdə olan prezident” olmayacaq.
Qeyd edək ki, bu günlərdə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, dövlət başçısı Salome Zurabişvili dekabrın 29-da yeni prezidentin andiçmə mərasimindən sonra təqaüdə getməli olacaq.
Xatırladaq ki, dekabrın 13-də Zurabişvili bəyan edib ki, səlahiyyət müddəti başa çatdıqdan sonra prezident sarayını tərk etmək fikri yoxdur. Onun fikrincə, seçkilər qeyri-legitimdir.
Adəm Abbaslı
-
Dünya05:15Rusiyaya yeni zərbələr endiriləcək - Zelenski əmr verdi
-
ABŞ04:30Ərdoğanı xoşbəxt edəcək qərar verəcəyəm - Tramp
-
İdman03:44Tarixi qərar: Hər bir idmançıya 10 min dollar veriləcək
-
Qoroskop01:40Günün ulduz falı: sirlərinizi bölüşməyin!
-
Hadisə24 İyun 22:46Suqovuşanda Vətən müharibəsi qazisi bıçaqlandı - Foto
-
Sosial24 İyun 22:04Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?
-
Magazin224 İyun 19:40Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
Səhiyyə24 İyun 19:30İlkin İsmayılov vəzifəsindən azad edildi



























.jpg)








