Region
Qalmaqal böyüyür: Paşinyan Aslanyanı da qovdu
Ermənistan parlamentinin üzvü Akop Aslanyan son qalmaqaldan sonra hakim “Mülki Müqavilə” partiyasından xaric edilib.
Publika.az xəbər verir ki, bu barədə qərar çərşənbə axşamı Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçirilən partiya iclasında qəbul edilib.
Bundan əvvəl deputat dekabrın 11-də hakim fraksiyadan xaric edilib.
Həmin gün Aslanyan keçmiş fraksiya həmkarı Ovik Ağazaryanın məhkəməsi ilə əlaqədar “Mülki müqavilə” fraksiyasının işində iştirakını bir ay müddətinə dayandırdığını bəyan etmişdi.
Dekabrın 11-də axşam Aslanyan sosial şəbəkədəki səhifəsində fraksiya ilə əməkdaşlığı “dondurmaq” qərarının səhv olduğunu bildirən bəyanatın skrinşotunu dərc edib. Eyni zamanda skrinşotdan görünür ki, mətni ona Ermənistanın yüksək texnologiyalı sənaye naziri Mxitar Ayrapetyan göndərib. Lakin etiraf mətni ona kömək etməyib, sonradan onun parlament fraksiyasından çıxarıldığı məlum olub.
Tural
-
Ekologiya12:47Bakıya yağış yağacaq - HAVA PROQNOZU
-
MDB12:40Hava limanında dəhşət: Doğduğu uşağı boğdu, özü də öldü
-
Ekologiya11:40Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağdı - FAKTİKİ HAVA
-
Ekologiya10:36Qubaya güclü qar yağdı - VİDEO
-
İqtisadi gündəm10:12Şirin bazarın acı rəqabəti: Yerli xammal üstünlüyü var, amma...
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı














.jpg)




















.jpg)

