Region
Türkiyə ilə sərhəd açılsa, Ermənistanı nə gözləyir? – İrəvanda qorxu
Qərb Ermənistan-Türkiyə sərhədinin açılmasını çox istəyir və ümid edir ki, bu, Rusiyanın mövqeyini zəiflədəcək və onu regiondan sıxışdıracaq. Açılış geosiyasi risklərlə yanaşı, Ermənistan iqtisadiyyatı üçün də təhlükələr yaradır.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə Sosial-İqtisadi İnkişaf Mərkəzinin rəhbəri Qaqik Makaryan deyib.
Makaryan qeyd edib ki, qısa müddətdə ilk növbədə tikinti materialları istehsalı və ümumilikdə tikinti sektoru zərər çəkəcək. Kənd təsərrüfatı, mehmanxana biznesi və daşınmaz əmlak sektoru da mənfi nəticələri hiss edəcək. Ona görə də Ermənistan son dərəcə ehtiyatlı və rasional hərəkət etməlidir.
Onun sözlərinə görə, 2023-cü ildə Ermənistan Türkiyədən 336 milyon dollar dəyərində mal idxal edib, cəmi 6,4 milyon dollarlıq məhsul ixrac edib. Makaryan əmindir ki, bu, İrəvanı Ankaranın ilkin şərtlərini yerinə yetirmək və müəyyən güzəştlər etmək bahasına, nəyin bahasına olursa olsun, sərhədlərin açılmasında maraqlı edəcək rəqəm deyil.
“İqtisadiyyatın bəzi sahələrində Türkiyə dünyada lider mövqe tutur: tekstil, sement istehsalı, maşınqayırma, əczaçılıq. Ona görə də belə bir iqtisadi nəhəngin Ermənistan bazarına genişlənməsi ilə nələrin baş verəcəyini düzgün qiymətləndirmək lazımdır”, - ekspert hesab edir.
Yada salaq ki, İrəvan və Ankara uzun müddətdir ki, sərhədlərin ilkin olaraq üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması ilə bağlı danışıqlar aparır. Əvvəllər mətbuatda sərhədin martın 1-də açılacağı ilə bağlı xəbərlər yayılsa da, sonradan Ermənistan Xarici İşlər Nazirliyi bu məlumatı təkzib edib. Yeri gəlmişkən, Marqara keçid məntəqəsi 2023-cü ilin dekabrından istismara hazırdır.
Tural
-
Hadisə24 İyun 22:46Suqovuşanda Vətən müharibəsi qazisi bıçaqlandı - Foto
-
Banklar 24 İyun 20:30Kartlardan pul silinməsi ilə bağlı Mərkəzi Bankdan açıqlama
-
Elm və təhsil24 İyun 20:10Qəbul imtahanının nəticəsi elan olundu
-
Magazin224 İyun 19:40Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
Səhiyyə24 İyun 19:30İlkin İsmayılov vəzifəsindən azad edildi
-
Rəsmi xronika24 İyun 17:48İlham Əliyev Məhəmməd Baqir Qalibafı qəbul etdi
-
Rəsmi xronika24 İyun 14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO
-
Sosial24 İyun 13:20Sabah yağış yağacaq














.jpg)






















