Region
Strateji danışıqlar üçün kritik səfər: Hakan Fidan bu ölkəyə gedir
Türkiyənin xarici işlər naziri Hakan Fidan strateji danışıqlar üçün ABŞ-a gedir.
Publika.az xəbər verir ki, bu barədə “Hurriyet Daily News” məlumat yayıb.
Fidanın Vaşinqtona səfəri çərçivəsində dövlət katibi Marko Rubio ilə strateji danışıqlar aparacağı bildirilir.
Adı açıqlanmayan türk diplomatik mənbələri Fidanın martın 25-26-da Vaşinqtonda olacağını bildirib.
“Danışıqlarda Türkiyə-ABŞ ikitərəfli münasibətlərində atıla biləcək strateji addımlar və dövlət başçısı səviyyəsində gələcək səfərlərə hazırlıq məsələlərinin müzakirə olunacağı gözlənilir”, - məlumatda deyilir.
Mənbələrin bildirdiyinə görə, Rusiya-Ukrayna müharibəsi məsələsində Fidan Ankaranın illər ərzində sülhməramlı təşəbbüslərini xatırlatmağı və Türkiyənin ABŞ-ın daimi sülh razılaşmasına gətirib çıxaracaq atəşkəsə nail olmaq səylərinə kömək etməyə hazır olduğu mesajını çatdırmağı planlaşdırır.
Fidan ABŞ-ı hökumətin dəyişdiyi Suriyaya qarşı sanksiyaları ləğv etməyə, humanitar yardım və yenidənqurmaya dəstək məsələlərində əməkdaşlıq etməyə çağıracaq. Müzakirələrdə həmçinin İŞİD-ə qarşı mübarizədə əməkdaşlıq və Suriyanın şərqindəki həbsxanalar və düşərgələrin monitorinqi müzakirə olunacaq. Türkiyəli nazir həmçinin ABŞ-ı İsrail-Fələstin münaqişəsində davamlı atəşkəs üçün “İsrailə təsirindən istifadə etməyə” çağıracaq.
Tural
-
Dünya09:28Rusiya sərhədi vurdu: Keçid məntəqəsində yanğın başladı
-
Sosial08:37Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər
-
Pul07:55Azərbaycanda çoxunun evində var: atmayın, 250 manata alırlar - Foto
-
İdman07:15İldə 30 milyon qazanır, amma xoşbəxt deyil: Səbəbini açıqladı
-
Dünya06:16İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto














.jpg)
.jpg)



.jpg)


.jpg)









.jpg)


