İranda dəhşətli partlayış: ölənlərin sayı artdı - YENİLƏNDİ
Bizi izləyin

Region

İranda dəhşətli partlayış: ölənlərin sayı artdı - YENİLƏNDİ

İranda dəhşətli partlayış: ölənlərin sayı artdı - YENİLƏNDİ

İranın cənubundakı Bəndər Abbas şəhərinin Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb.

Publika.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

***

İranın cənubundakı Bəndər Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində ölənlərin və yaralıların sayı artıb.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 18 nəfər həlak olub, 1139 nəfər xəsarət alıb.

Qeyd edilir ki, partlayışın dalğası çox güclü olub və limandakı əksər binalara, eləcə də avtomobillərə ciddi ziyan dəyib.

***

İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 8-ə çatıb, 750-dən çox insan yaralanıb.

Publika.az “Tasnim”ə istinadən xəbər verir ki, bunu İranın daxili işlər naziri İskəndər Momeni bildirib.

Əyalət təhlükəsizlik qüvvələrinin komandiri Əli Əkbər Cavidanın sözlərinə görə, partlayış nəticəsində 6 nəfər itkin düşüb.

"Tasnim" partlayışın yanacaq çənindəki alov nəticəsində baş verdiyini iddia edir.

Yerli KİV-in məlumatına görə, partlayış o qədər güclü olub ki, Fars körfəzindəki Bəndər Abbas limanından azı 20 km aralıda yerləşən Keşm adasında eşidilib.

xxx

19:36

İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə Hörmüzqan vilayətinin fövqəladə hallar xidmətinin nümayəndəsi Mehrdad Həsənzadə IRIB telekanalının efirində bildirib.

"Partlayış nəticəsində ölənlərin sayı 5-ə çatıb. Xəsarət alanların sayı artmaqda davam edir, lakin bir çoxları yardım aldıqdan sonra tibb müəssisələrini tez tərk edirlər", - Həsənzadə qeyd edib.

Onun sözlərinə görə, hazırda vəziyyət nəzarət altındadır, bütün xidmətlər işləyir, yanğınların söndürülməsi üçün əraziyə qonşu əyalətlərdən bir neçə helikopter göndərilib.

xxx

17:20

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb.

Bu barədə Publika.az İran KİV-inə istinadən xəbər verir.

"Hazırda Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində dörd nəfərin öldüyü təsdiqlənib", - IRIB telekanalı bildirib.

xxx

Bəndər Abbas limanında baş verən partlayış nəticəsində yaralananların sayı 560 nəfərə çatıb.

Bu barədə “Mehr” yazıb.

XXX

Bəndər Abbas limanında baş vermiş partlayış nəticəsində yaralananların sayı 195 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

XXX

İranın cənubundakı Bəndər Abbas limanında baş vermiş partlayış nəticəsində yaralananların sayı 80 nəfərə çatıb.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

"Qurbanların sayı 80 nəfərə çatıb", - məlumatda deyilir.

XXX

İranın cənubundakı Bəndər Abbas limanında baş verən partlayış nəticəsində 50-yə yaxın şəxs yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

“İlkin məlumatlara görə, Bəndər-Abbasdakı Şəhid Rejaei limanında baş verən partlayış nəticəsində 47 nəfər xəsarət alıb”, - məlumatda deyilir.

Limanda olan “Tasnim” müxbiri rəsmilərdən hadisənin yanacaq tankerində baş verən partlayış nəticəsində baş verdiyini öyrənib. Partlayış dalğası o qədər güclü olub ki, ərazidəki bir ofis binasını və bir çox avtomobili tamamilə sıradan çıxarıb. Bir neçə liman işçisi yaralanıb.

XXX

İranın cənubundakı Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai dəniz limanında güclü partlayış baş verib.

Publika.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, yanacaq çəninin partladıldığı ehtimal edilir. Səbəbi bilinmir.

Xilasetmə qrupları hadisə yerinə yola düşüb.

Zərərçəkənlər və dağıntıların miqyası barədə hələlik məlumat yoxdur.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm