Türkiyədə dəhşətli YANĞIN: 1 kənd boşaldıldı, 77 nəfər xəstəxanalıq oldu - FOTOLAR
Bizi izləyin

Region

Türkiyədə dəhşətli YANĞIN: 1 kənd boşaldıldı, 77 nəfər xəstəxanalıq oldu - FOTOLAR

Türkiyədə dəhşətli YANĞIN: 1 kənd boşaldıldı, 77 nəfər xəstəxanalıq oldu - FOTOLAR

Türkiyənin Çanaqqala vilayətinin Kəpəz rayonunda meşə yanğını baş verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, vali Ömer Toraman bir kəndin təxliyə edildiyini açıqlayıb. Ümumilikdə, 2090 nəfər təxliyə olunub. Sakinlərin çoxu dəniz yolu ilə evakuasiya edilib.

77 nəfər xəstəxanaya yerləşdirilib.

Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir. Hadisə yerinə 10 təyyarə, 9 helikopter, çoxlu sayda su maşını, yanğınsöndürən və 760 nəfərlik şəxsi heyət cəlb olunub.

Küləyin təsiri ilə yanğının genişləndiyi bildirilir.

Qeyd edək ki, hadisə ilə əlaqədər olaraq Çanaqqala boğazı və Çanaqqala-Ezine quru yolu müvəqqəti olaraq bağlanıb. Vilayətdəki aeroportun fəaliyyəti də müvvəqəti olaraq dayandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm