Region
“Biz ABŞ ilə nüvə danışıqlarına hazırıq, ancaq...”
“Biz ABŞ ilə nüvə danışıqlarına hazırıq, ancaq zəmanət verərlərsə”.
Publika.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı “Əş-Şərq Əl-Əvsət” qəzetinə müsahibəsində deyib.
O bildirib ki, Tehran Vaşinqtonla dolayı nüvə danışıqlarını bərpa etməyə hazırdır.
Ancaq o bildirib ki, bu dialoq yalnız Amerikanın hərbi hücuma addım atmayacağına dair zəmanət verdiyi təqdirdə baş tuta bilər.
“Əgər amerikalılar bombalarla əldə edə bilmədiklərini danışıqlar masası arxasında əldə edəcəklərini düşünürlərsə, yanılırlar”, - deyə, XİN başçısı vurğulayıb.
Regional gərginliklə bağlı danışan nazir İsraillə yeni qarşıdurma ehtimalını istisna etməyib və İranın “hər cür şəraitə hazır” olduğunu bildirib. O, son 12 günlük münaqişəyə toxunaraq deyib ki, hərbi eskalasiya İsrail üçün fayda verməyib.
Əraqçi, İran və Səudiyyə Ərəbistanı arasında yaxınlaşmadan söz açaraq krallığı İslam dünyasının əsas qütblərindən biri adlandırıb. O, Livan və regional sabitlik məsələlərində Ər-Riyadla dialoqa hazır olduqlarını da qeyd edib.
Hüseyn İbadlı
-
Hadisə21:41Xəzərdə zəlzələ oldu
-
Nida Xəbər 20:04Andrey Babiş Azərbaycana gəldi - Foto/Yeniləndi
-
Dünya19:26Dəhşətli yanğın baş verdi: Əhaliyə xəbərdarlıq edildi
-
Yaxın Şərq18:24Əraqçi İslamabada qayıtdı - Yeniləndi
-
Hadisə17:50Əməkdar artist vəfat etdi
-
Hadisə17:31İmtahandan qayıdan şagirdlər qəzaya düşdülər - Xəsarət alanlar var
-
Magazin216:50Castin Biberin həyat yoldaşı bu davranışı ilə gündəm oldu - FOTO
-
Hadisə15:00Ağdərədə minaya düşən kişinin vəziyyəti ağırdır - TƏBİB






































.png)