Region
Fidan son dərəcə vacib məsələdən danışdı
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna-Rusiya münaqişəsinin sülh yolu ilə həllinə həsr olunmuş mümkün sammitin tarixinin hazırda müəyyən edilmədiyini bildirib.
Publika.az xəbər verir ki, diplomat bu barədə TGRT telekanalına müsahibəsində bildirib.
Fidan qeyd edib ki, Alyaska sammitindən sonra Rusiya və ABŞ bir sıra prinsiplər üzrə razılığa gəliblər. O, Rusiya və Amerika tərəfləri arasında ümumi anlaşmanın mövcud olduğunu vurğulayaraq, əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün gələcəkdə sammitin təşkili imkanlarının müzakirə olunduğunu bildirib. Lakin tədbirin konkret tarixi hələ müəyyən edilməyib.
Nazir potensial danışıqlar kontekstində bir sıra narahatlıqlara diqqət çəkərək, liderlərin problemin birbaşa həlli üçün bir araya gəlib-gəlməməsi və ya ilk növbədə əsas məsələlər üzrə ilkin işlərin nümayəndə heyətlərinə tapşırılmasının daha məqsədəuyğun olacağı ilə bağlı müzakirələrin davam etdiyini bildirib.
Onun fikrincə, təhlükəsizlik təminatları haqqında sazişin şərtlərinin münaqişənin hər iki tərəfi - Rusiya və Ukrayna üçün eyni dərəcədə məqbul olub-olmayacağını öyrənmək son dərəcə vacibdir.
Hüseyn İbadlı
-
Hadisə21:41Xəzərdə zəlzələ oldu
-
Nida Xəbər 20:04Andrey Babiş Azərbaycana gəldi - Foto/Yeniləndi
-
Dünya19:26Dəhşətli yanğın baş verdi: Əhaliyə xəbərdarlıq edildi
-
Yaxın Şərq18:24Əraqçi İslamabada qayıtdı - Yeniləndi
-
Hadisə17:50Əməkdar artist vəfat etdi
-
Hadisə17:31İmtahandan qayıdan şagirdlər qəzaya düşdülər - Xəsarət alanlar var
-
Magazin216:50Castin Biberin həyat yoldaşı bu davranışı ilə gündəm oldu - FOTO
-
Hadisə15:00Ağdərədə minaya düşən kişinin vəziyyəti ağırdır - TƏBİB






































.png)