Region
“Nüvədən əvvəlki” hücum: Rusiya apokalipsisə hazırlaşır - DƏHŞƏTLİ SSENARİ

ABŞ prezidenti Donald Trampın “Tomaqavk” qanadlı raketlərini Ukraynaya vermək niyyəti Rusiyada qorxuya səbəb olub. Putin bu raketlərin verilməsinin ABŞ-la münasibətlərdə problemlərə yol açacağını desə də, Ağ Evdə bu mesajın ciddiyə alınmadığı görünür, çünki Tramp qərarını “demək olar ki, verdiyini” bildirib. Sadəcə olaraq, o, əvvəlcə Ukraynanın bu raketlərin istifadəsi ilə bağlı niyyətini öyrənmək istədiyini açıqlayıb. Əsas diqqətçəkən məqam Rusiyada “Tomaqavk” raketlərinin Ukraynaya verilməsinə qarşı nüvə silahını işə salmaq haqda aparılan müzakirələrdir. Bəzi analitiklər hesab edir ki, Vaşinqtonda “Tomaqavk” raketlərinin Ukraynaya verilməsi qərarı artıq qəbul olunub və onların çatdırılması zaman məsələsidir.
Publika.az xəbər verir ki, təqaüddə olan rusiyalı hərbi pilot, general-mayor Vladimir Popov də ABŞ-ın belə qərar verməsi ehtimalının yüksək olduğunu deyib.
Onun sözlərinə görə, “Tomaqavk” raketləri adi partlayıcılar və nüvə başlıqları ilə gəlir: “Bunlar dəniz raketləri hesab olunur, lakin qurudan da buraxılış qurğuları mövcuddur. Çox güman ki, raketlər Rumıniya və ya Polşada yerləşən anbarlardan Ukraynaya göndəriləcək. “Tomaqavk” raketləri üçün yerüstü buraxılış qurğuları da Ukraynanın qərbində yerləşdiriləcək. Yerüstü qurğulara xidməti də amerikalı zabitlər göstərə bilər. Onlar ilk iki-üç ay ərzində bələdçilik sisteminə, naviqasiyaya, buraxılışın hazırlığına, hədəflərin seçilməsinə xidmət göstərə biləcəklər. Ümumiyyətlə, bu raketi buraxmaq üçün amerikalılarda müasir elektron xəritələr olmalıdır”.
“Tomaqavk”ın olduqca bahalı silah olduğunu deyən Popov düşünmür ki, amerikalılar bundan istifadə edəcək.
“Mən gözləyirdim ki, Pentaqona Ukraynada “Tomaqavk” raket sistemlərinə xidmət göstərmək tapşırılıbsa, buna uzun müddət müqavimət göstərəcəklər. Çünki ABŞ ordusu belə bir addımın Rusiya ilə müharibənin başlanğıcı olacağını anlayır. Hərbçilər yaxşı anlayır ki, kim atəş açırsa, o da cavab verməlidir. Biz bu münaqişəni Ukrayna ilə deyil, ABŞ-la həll etməliyik. Belə olan halda Avropa/NATO ölkələri yeni müharibə üçün cəbhə xəttinə çevriləcək”, - o bildirib.
Rusiyada təklif edilir ki, “Tomaqavk” raketlərinin Kiyevə verilməsinə qarşı havada nüvə partlayışlarının törədilməsi addımı atıla, bununla real xəbərdarlıq edilə bilər. Popov bunun nəzəri baxımdan mümkün olduğunu vurğulayıb: “Nəzəri olaraq, Ukrayna üzərindəki atmosferdə bir neçə belə partlayış törətmək mümkündür. Amma biz başa düşməliyik ki, çox güclü elektron effekt olacaq və bu, Ukrayna qoşunlarına da təsir edəcək. Tutaq ki, 50 tonluq bir bomba partladılasa, həmin ərazidə bütün idarəetmə sistemləri bir neçə günlüyə sıradan çıxacaq. Stasionar telefonlar çətinliklə işləyəcək, internet mütləq pozulacaq. Hərbi infrastruktur az-çox müdafiəsi olunduğu üçün müəyyən qədər işləyə bilər, lakin Ukraynada və qonşu Avropa ölkələrində məişət texnikasının yarısı yanacaq, SMART evlərin pultları sıradan çıxacaq, qatar və təyyarələrin idarəetmə sistemləri ən azı üç gün işləməyəcək, transformator stansiyaları yanacaq. Bu, nüvə müharibəsinin xəbərçisidir. Buna görə hələ ki, bunu etmək məsləhətli deyil”.
Rusiyalı ekspert cavab olaraq, “Oreşnik” raketlərinin işə salınmasını, hətta birbaşa Kiyevin vurulmasını təklif edir.
“Eyni zamanda, kütləvi atəş zərbələri endirə və “Tomaqavk”ların heç nəyi dəyişməyəcəyini nümayiş etdirə bilərik. Tramp yenidən “Tomaqavk”lardan bəhs edərsə, arsenalımızda olan hər şeyi ortaya qoymalıyıq. Əks halda, sondur. Bu kimi qərarlar zarafat deyil. Qərb nəhayət başa düşməlidir ki, hər şey nüvə müharibəsinə doğru gedir, hamımız bıçağın ağzındayıq. Lakin ümid var ki, Pentaqon bununla razılaşmayacaq. Açığını deyim ki, ABŞ-da bu raketlər çox deyil. Hazırda yüzlərlə mütəxəssis modernizasiyadan keçir, digərləri saxlanma anbarlarında təmir işləri aparır, qalanları isə döyüş hazırlığındadır”, - o iddia edib.
“Tomaqavk”ların Ukraynaya hansı müddətə çatdırılması da dəqiq deyil. Popov hesab edir ki, əgər “Tomaqavk”lar verilərsə, çatdırılma iki-üç həftə çəkəcək.
“Lakin yerüstü qurğular və raketlər üçün infrastruktur hazırlanmalıdır: onlar hara yerləşdirilməli, sığınacaqlar qurulmalıdır, bunları sadəcə brezent altında saxlaya bilməzlər. Həmçinin, enerji təchizatı və kommunikasiyalar qurulmalıdır. Ukraynalılar buraxılış qurğularını qorumaq və idarəetmək üçün təlim keçməlidirlər. Döyüş başlıqlarının daşınması üçün “Galaxy” qitələrarası nəqliyyat təyyarələrindən istifadə etsələr də, buna vaxt lazımdır.
Axı işə salan qurğular və raketlər sökülərək daşınır, əks təqdirdə, döyüş başlıqları partlaya bilər. Təhlükəli yüklərin hava və dəniz yolu ilə daşınmasının qaydaları var: bir qutuda döyüş başlıqları, digərində mühərrik, üçüncüsündə idarəetmə sistemi saxlanılır. Onlar hətta müxtəlif təyyarələrdə daşına bilər. Bu, Böyük Britaniya və ya Norveçdəki bazalara 9-12 saatlıq uçuşdur, sonra isə Qərbi Avropaya nəql edilir. Düşünmürəm ki, oradan hava yolu ilə daşınacaq, güman ki, avtomobil və ya dəmir yolu ilə daşına bilər. Bu yüklər örtük altında daşınmalıdır. Çünki Rusiya artıq örtülü elementləri də izləyə bilir”, - o bildirib.
Asif
-
Magazin210:58
Saxlanılan məşhurlarla bağlı göstəriş verildi - Yeni detallar
-
Magazin210:46
Bu gün nişanı olacaqmış, saxlanıldı - FOTOLAR
-
MDB10:04
Belə şey olmamışdı: Yeni ildə düz 12 gün iş olmayacaq
-
Magazin209:30
Dilan və Engin Polat cütlüyü yenidən saxlanıldı: Bu dəfə...
-
Hadisə09:00
Salyanda FACİƏ - Sürücü yanaraq öldü
-
Magazin108:00
Rövşanə efirə qayıdır
-
İdman06:46
“Çelsi” və “Arsenal” istəyir: “Barselona” qiymət kəsdi
-
Sağlamlıq05:45
Hər giləsi sağlamlıq bəxş edən MÖCÜZƏ - Prostatdan xərçəngə kimi...