Region
Qəzaya düşən hərbi təyyarənin qara qutusu hansı ölkədə oxunacaq?
Gürcüstan ərazisində qəzaya düşən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsinin qara qutusu ölkəmizdə oxunacaq.
Publika.az xəbər verir ki, bunu "Haber Global" telekanalının efirində İstanbul Altınbaş Universitetinin dosenti, hərbi ekspert, ehtiyatda olan polkovnik Eray Güçlüer deyib.
Onun sözlərinə görə, Türkiyə axtarış-xilasetmə işləri üçün bölgəyə Akıncı Hücum Tipli Pilotsuz Uçuş Aparatı göndərib: "Odur ki, yaxın müddət ərzində qara qutuların tapılma ehtimalı çox yüksəkdir. Eyni zamanda qara qutular bizdə oxunacaq, Amerikaya göndərilməyəcək".
Güçlüer, qəzanın xarici faktorlardan çox təyyarənin daxilindəki ani texniki nasazlığın səbəb ola biləcəyini, təyyarənin transponder sistemi ilə təcili siqnal göndərməməsinin isə ani nasazlıq və ya pilotların huşunu itirməsi nəticəsində ola biləcəyini bildirib.
O əlavə edib ki, bu cür təyyarələrdə baş verən sistem xətası digər işlərin bloklanmasına səbəb olur: "Məsələn: elektrik sistemində hər hansı bir hadisə baş verir, nəticədə bu, digər sistemləri də təsir göstərir".
-
Magazin218:48Həmkarı ilə münasibətdə olduğunu etiraf etdi: “Nömrəni bilirsən”
-
Dünya17:03Bu gecə İranı vuracağıq - Tramp
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib



































