Region
Türkiyəyənin daha bir təyyarəsi qəzaya uğradı - ÖLƏN VAR /YENİLƏNDİ
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumat yayıb.
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib ki, əlaqənin kəsildiyi yanğınsöndürmə təyyarəsinin qalıqları Xorvatiyanın Senj şəhəri yaxınlığında tapılıb. Qəza zamanı pilot həlak olub.
xxx
22:49
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi, texniki xidmət üçün Xorvatiyaya gedən Meşə Baş İdarəsinə (MBİ) məxsus iki yanğınsöndürmə təyyarəsindən biri ilə rabitə əlaqəsinin kəsildiyini açıqlayıb.
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, itkin düşən təyyarəni tapmaq üçün Xorvatiya qurumları ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlanılıb.
Qeyd edilib ki, MBİ-yə məxsus iki ədəd "AT-802" tipli yanğınsöndürmə təyyarəsi planlaşdırılmış texniki xidmət çərçivəsində 12 noyabr çərşənbə günü saat 10:24-də Çanaqqaladan Xorvatiyanın Zaqreb şəhərinə hərəkət edib.
Meteoroloji şərait səbəbindən təyyarələr gecəni Reyka Hava Limanında keçirib və bu gün (13 noyabr 2025, cümə axşamı) Türkiyə vaxtı ilə saat 17:38-də Zaqreb Hava Limanına getmək üçün yenidən havaya qalxıb.
Lakin hava şəraiti ilə bağlı iki təyyarə də geri dönmək qərarı verib. Geri dönüş marşrutu zamanı təyyarələrdən biri Reyka Hava Limanına təhlükəsiz eniş edib, digər təyyarə ilə isə Türkiyə vaxtı ilə saat 18:25-də rabitə kəsilib.
İtkin düşən təyyarə və vəzifəli pilotla əlaqənin bərpa olunması üçün Xorvatiya qurumları ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlanılıb.
Meşə Baş İdarəsi məsələ ilə bağlı detalları dəqiqləşdirdikdən sonra ictimaiyyətə məlumat veriləcəyini açıqlayıb.
Hüseyn İbadlı
-
Magazin218:48Həmkarı ilə münasibətdə olduğunu etiraf etdi: “Nömrəni bilirsən”
-
Dünya17:03Bu gecə İranı vuracağıq - Tramp
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib



































