Region
Ərdoğan: "Şimali Kipr milli davamızdır"
"Əvvəlcə 2 gün sonra 42-ci quruluş ildönümünü qeyd edəcəyimiz Şimali Kipr Türk Cümhuriyyətinin bu müstəsna gününü təbrik edir, Kipr türkü qardaşlarıma məhəbbətimi göndərirəm. Milli davamız olan Kiprdə ədalətli, qalıcı və adadakı reallıqlara uyğun bir həllə nail olunması istiqamətində mübarizəmizi cənab Erhürmanla yaxın əməkdaşlıq içində qətiyyətlə davam etdirəcəyik. Cənab Prezident və dəyərli heyəti ilə olduqca geniş və səmərəli bir görüş keçirdik. Kipr məsələsinin mövcud gedişatı çərçivəsində gələcək dövrdə atıla biləcək ortaq addımları müzakirə etdik. Bizim Kipr davasındakı mövqeyimiz hər zaman aydın olmuşdur".
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürmanla Ankarada 90 dəqiqəlik danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında bildirib.
Türkiyə liderinin sözlərinə görə, adada ədalətli və davamlı sülhə gedən yol iki dövlətin tanınmasından keçir.
"Ziddiyyətlərin tənzimlənməsi yalnız Kiprin reallıqları nəzərə alınmaqla mümkündür. Ankaranın beynəlxalq arenada ŞKTR-nin hüquq və mənafelərinin təmin edilməsi üzrə siyasi və diplomatik səyləri davam edəcək.
Kiprin qarant ölkəsi kimi Türkiyə çətinliklər və problemlər qarşısında Kipr türklərini tərk etməyəcək”, - deyə o, Kipr yunan icmasının məqsədini “Kipr türklərini adada milli azlığa çevirmək” kimi xarakterizə edərək əmin edib.
Türkiyə Prezidenti, həmçinin Avropa İttifaqının adanın yunan icmasını Aİ-yə qəbul etmək kimi səhv qərarını unutmamağa çağırıb və Kipr türklərinə verilən vədlərin hələ də yerinə yetirilmədiyini vurğulayıb.
ŞKTR lideri öz növbəsində Şərqi Aralıq dənizindəki problemlərin həlli yalnız danışıqlar yolu ilə mümkün olacağını bildirib.
O, həmçinin yunan Kiprinin hakimiyyəti tərəfindən silah alışının aktiv şəkildə artırılmasına diqqət çəkib. “Adanın cənubunda silahların toplandığı bir dövrdə Türkiyənin Kiprdəki problemlərin tənzimlənməsi ilə bağlı mövqeyinin əhəmiyyəti xüsusilə vacib olaraq qalır”, - deyə ŞKTR-nin altıncı Prezidenti bildirib. T.Erhürman qeyd edib ki, Kipr ilə bağlı ziddiyyətlərin tənzimlənməməsi regionda sülhə mənfi təsir göstərir.
“Regionda Türkiyə və Kipr türklərinə qarşı saymamazlığa əsaslanan mövqe regiondakı problemlərin uzunmüddətli tənzimlənməsinə töhfə verə bilməz”, - deyə o vurğulayıb.
-
Magazin205:45Adriana Lima qızları ilə elə pozalar verdi ki...
-
Nəqliyyat05:15Bakıda süni sıxlıq yaradan avtomobillərlə bağlı tədbirlər görüləcək - Video
-
İdman02:43Növbəti hakim qalmaqalı: Tanınmış futbolçu ədalət istəyirdi, meydandan qovuldu - Video
-
Qoroskop00:45Günün ulduz falı: Sevgidə qərar anıdır...
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm24 Aprel 20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal24 Aprel 19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat24 Aprel 18:40Bakıda axşam tıxacı















.jpg)




















