Dünya
Ukrayna ərazilərinin itirilməsi ilə barışmağa hazırdır
Avropada Ukraynanın müharibə nəticəsində bəzi ərazilərini itirməsi ilə barışmağa hazır olduğu barədə fikirlər səsləndirilib.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Economist" jurnalı mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, hazırkı mərhələdə Ukraynanın ərazi itkilərini qəbul etməsi qaçılmaz ssenari kimi görünür. Bildirilir ki, danışıqlarda vasitəçi olmaq və ya birbaşa iştirak etmək arasında seçim etməyə çalışan Avropa ölkələri çətin qərarlar verməli olacaqlar.
Məqalədə qeyd olunur ki, sülhün təmin edilməsi naminə Avropa İttifaqı Rusiyaya qarşı tətbiq olunan bəzi sanksiyaları ləğv etmək, hətta vaxtilə Ukraynaya yönəldilməsi nəzərdə tutulan və dondurulmuş yüz milyardlarla avro vəsait məsələsinə yenidən baxmaq məcburiyyətində qala bilər.
Nəşr həmçinin vurğulayıb ki, Rusiyanın döyüş meydanında məğlub ediləcəyinə dair gözləntilər özünü doğrultmur. Analitiklərin fikrincə, hazırda Rusiyanın uduzan tərəf olduğunu göstərən ciddi əlamətlər yoxdur və bəzi Avropa liderləri arzuladıqları mənzərəni reallıq kimi təqdim etməyə çalışırlar.
Məqalədə bildirilib ki, sonda Avropa diplomatiyası Moskva ilə dialoqu bərpa etməli olacaq. Ekspertlərin qənaətinə görə, Rusiyaya təzyiqlərin artırılması gələcəkdə bu dialoqun qurulmasını daha da çətinləşdirə bilər.
Adəm
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?
-
Dünya10:20Estoniya-Rusiya sərhədində böyük növbə: Kamran Əbilov səbəbini açıqladı
-
Maraq dünyası09:44Epşteynin 100 milyonluq sərvətinin varisi bəlli oldu: Belarusdandır
-
Sosial08:48Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ
-
ABŞ08:36ABŞ 50 illik təhlükəsizlik prinsipindən imtina etdi - Sərt qoruyucu tədbirlər tətbiq ediləcək
-
Avropa07:478 ildir sahibi tapılmayan təyyarə 10 avrodan hərraca çıxarıldı - FOTO
-
Ekologiya07:17Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ
-
İdman06:46“Barselona” onu yalnız bu halda satacaq







.jpg)



















.jpg)









