Region
Xomeyninin şagirdi Tehranda əhalini yağış duasına topladı: Yağacaq?
İranın dövlət televiziyasının məlumatına görə, ölkənin qərb hissəsindən İrana yağış buludları daxil olub, gələn həftə bir neçə əyalətdə yağıntı gözlənilir.
Publika.az xəbər verir ki, cümə günü İran paytaxtının sakinləri altı aylıq quraqlığın yaratdığı su böhranı fonunda İmam Xomeyninin şagirdi Ayətullah Cəmaləddin Dinpərvərin imamlığı ilə Tehranın şimalında yerləşən məşhur İmamzadə Saleh hərəm kompleksində yağış üçün kollektiv namaz qılıblar.
“Şərqi Azərbaycan, Qərbi Azərbaycan, İlam, Kirmanşah, Kürdüstan, Luristan, Həmədan, Xuzistan, Çaharmahal və Bəxtiyari əyalətləri də daxil olmaqla, şənbə günü ölkənin qərb bölgəsində yağış yağacağı gözlənilir. Mərkəzi Əlborz, Zəncan, Qəzvin, Markazi və İsfahan əyalətlərində də yağıntı gözlənilir”, - məlumatda deyilir.
Tehrandakı su böhranı ilə əlaqədar İran rəsmiləri noyabrın 8-də xəbərdarlıq edib ki, onlar gecə saatlarında su təchizatını vaxtaşırı bağlamaq məcburiyyətində qalacaqlar və sakinlər su ehtiyatı toplamağa başlamalıdırlar. Tehran Su Şirkətinin baş direktoru Behzad Parsa noyabrın əvvəlində vurğulamışdı ki, İran paytaxtı son 60 ildə ilk dəfə ardıcıl altıncı ildir ki, quraqlıqla üzləşir.
Tural
-
Dünya17:03Bu gecə İranı vuracağıq - Tramp
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI



































