Region
“Yeni Asır”: Zəngəzur dəhlizi Türkiyə və region üçün yeni imkanlar yaradacaq
Zəngəzur dəhlizinin (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu, TRIPP) istifadəyə verilməsi Türkiyənin logistika, enerji və turizmdən tikinti və xidmətlərə qədər geniş iqtisadi sektorları üçün yeni imkanlar açacaq və Ankaranın beynəlxalq ticarət, nəqliyyat, enerji sahəsindəki mövqeyini gücləndirəcək.
Publika.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə türkiyəli ekspert Bülent Erandaçın “Yeni Asır” qəzetində dərc olunmuş analitik məqaləsində deyilir.
Müəllif Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasındakı marşrutun bütün region üçün əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Zəngəzur dəhlizi potensial olaraq Türkiyə üçün əhəmiyyətli digər təşəbbüsləri - Cənubi İraqı Türkiyə sərhədi ilə birləşdirəcək “İnkişaf layihəsi” və Hicaz Dəmir Yolunun (Türkiyə-Suriya-İordaniya) planlaşdırılan bərpasını əlaqələndirə biləcək. Ekspert Zəngəzur dəhlizini “mühüm geosiyasi və geoiqtisadi proseslərin müjdəçisi” adlandırıb.
“Qardaş Azərbaycanın tarixi torpaqlarının Ermənistan işğalından azad edilməsi Cənubi Qafqazın inkişafında yeni bir fəsil açdı. Zəngəzur dəhlizi sayəsində Türkiyənin əsas rolu həm ticarət yollarında, həm də enerji sektorunda güclənəcək”, - deyə məqalənin müəllifi iddia edir.
Ekspert yazır ki, Zəngəzur dəhlizi, həmçinin Türkiyənin Aralıq dənizi sahilindəki Mersin limanı ilə əlaqə yaradacaq ki, bu da Afrika və Qırmızı dəniz hövzəsi ölkələri ilə ticarətin artmasına imkan verəcək.
“Əminəm ki, bu yeni marşrutların tətbiqi ilə Türkiyənin iqtisadi vəziyyəti 2030-cu illərə qədər tamamilə dəyişəcək”, - deyə türkiyəli ekspert qeyd edib.
-
Dünya17:03Bu gecə İranı vuracağıq - Tramp
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI



































