Kasilyas bu klubdan milyonlar tələb edir: Səbəb nədir?
Bizi izləyin

İdman

Kasilyas bu klubdan milyonlar tələb edir: Səbəb nədir?

Kasilyas bu klubdan milyonlar tələb edir: Səbəb nədir?

İspaniya millisinin və “Real”ın əfsanəvi qapıçısı İker Kasilyas keçmiş klubu “Portu”dan 3,7 milyon avro təzminat tələb edir.

Publika.az xəbər verir ki. Bu barədə AS nəşri məlumat yayıb.

Keçmiş qolkiper məşqlərin birində keçirdiyi infarkt səbəbindən klubdan təzminat tələb edir. Kasillyas infarktdan təxminən bir ay sonra futbolçu karyerasını başa vurub.

Hadisədən yeddi il keçməsinə baxmayaraq, o ürək tutmasının səbəbinin həddindən artıq fiziki yüklənmə olduğunu iddia edir. İker əmək qabiliyyətinin itirilməsi və son yeddi ildə üzləşdiyi ciddi sağlamlıq problemlərinə görə məhkəməyə müraciət edib.

Komandanın həkimi Nelson Puqa həmin vaxt qapıçının vəziyyətinin sabit olduğunu və özünü yaxşı hiss etdiyini bildirsə də, Kasillyas bunun əksini düşünür.

“İdman zalına gedirəm, padel oynayıram, amma qaça bilmirəm. Yalnız 20 və ya 50 metr qaça bilirəm. Ondan artıq mümkün deyil. Mən ən yüksək səviyyədə peşəkar futbolçu olmuşam və o vaxtdan həyatım tamamilə dəyişib”, – deyə Kasillyas məhkəmə dinləmələri zamanı bildirib.

Tələb olunan məbləğin bir hissəsi artıq sığorta şirkəti tərəfindən ödənilib. Sığortaçı bədbəxt hadisələr üzrə maksimal kompensasiya məbləği olan 1,5 milyon avronu Kasillyasa verib.

“Portu” isə öz növbəsində futbolçunun bərpa dövründə ona tam maaş ödədiyini və bu məbləğin 1 milyon avrodan çox olduğunu bildirir. Bu səbəbdən həm klub, həm də sığorta şirkəti əlavə ödəniş etmək niyyətində olmadıqlarını açıqlayıblar.

Qeyd edək ki, Portuqaliya təmsilçisi Kasillyasın peşəkar karyerasında son klubu olub. O, 2015-2020-ci illərdə “əjdahalar”ın formasını geyinib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm