Region
Nəhəng vulkan 700 min ildən sonra “oyanır”
Alimlər İranın cənub-şərqində, Əfqanıstan və Pakistanla sərhəddə yerləşən Taftan vulkanında qeyri-adi aktivlik qeydə alırlar.
Publika.az xəbər verir ki, dəniz səviyyəsindən 4 min metr yüksəklikdə yerləşən Taftan uzun müddət sönmüş vulkan hesab olunub. Onun son püskürməsinin 700 min ildən çox əvvəl baş verdiyi güman edilir. İndi isə Taftan daha sönmüş deyil, yatmış vulkan kimi təsnif edilir.
“Geophysical Research Letters” jurnalında dərc olunan araşdırmaya görə, vulkanın zirvəsində təzyiq artır.
“Gec-tez gələcəkdə püskürmə baş verəcək - ya güclü, ya da sakit şəkildə”, - deyə vulkanoloq Pablo Qonsales “Live Science” portalına müsahibəsində bildirib. O həmçinin vurğulayıb ki, yaxın perspektivdə püskürmə təhlükəsi yoxdur.
Qonsales və həmkarları yeni peyk məlumatlarını təhlil ediblər. Görüntülər Taftanın zirvəsinin 10 ay ərzində 9 sm qalxdığını göstərir. İlk baxışdan bu, kiçik rəqəm təsiri bağışlasa da, yatmış vulkan üçün hər santimetr ciddi siqnaldır. Tədqiqatçılara görə, bu proses vulkanın yenidən “nəfəs almağa” başladığını göstərir və regional hakimiyyət orqanlarının vəziyyətin daha dərindən araşdırılması üçün əlavə resurs ayırması vacibdir.
Mümkün aktivlik barədə nişanələr yalnız zirvədəki deformasiya deyil, başqa əlamətlər də mövcuddur. Artıq iki il əvvəl sosial şəbəkələrdə Taftandakı çatlardan sızan qazın fotoşəkilləri yayılmışdı. Vulkandan 50 km aralıda, Xaş şəhərində sakinlər həmin qaz sızmalarının qoxusunu hiss etmişdilər.
Alimlərin fikrincə, zirvənin qalxması yer səthindən bir neçə yüz metr dərinlikdə qazın toplanması ilə bağlıdır. Əsas maqmatik rezervuarın isə təxminən 3,5 min metr dərinlikdə yerləşdiyi ehtimal olunur.
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM




































