Region
Ruhani öz oğlunu öldürüb? - TƏFƏRRÜAT/VİDEO
2013-cü ildə Həsən Ruhani İranda keçirilən növbəti prezident seçkisində namizəd olan zaman mediada onun oğlunun ölümü ilə bağlı ziddiyyətli xəbərlər və şayiələr dərc olunub.
Publika.az xəbər verir ki, bu barədə "Azad İran"ın "YouTube" kanalında yayımlanan süjetdə bildirilib.
Məlumata görə, bu mövzu sonralar da ara-sıra gündəmə gəlib, amma Ruhani özü heç vaxt bu barədə danışmayıb.
Bu günlərdə İran parlamentinin radikal mövqeyi ilə tanınan deputatı Həmid Rəsayi bir müsahibəsində həmin məsələdən bəhs edərək olduqca qalmaqallı açıqlama verib. Millət vəkili 2013 və 2017-ci illərdə iki dəfə İran prezidenti seçilmiş Həsən Ruhanini öz oğlunu öldürməkdə ittiham edib.
"Öz övladını, yəni ailəsinin bir üzvünü öldürməkdə şübhəli bilinən bu şəxs 17 ildir ki, İngiltərəyə şübhəli səfərlər edir. Onun dissertasiya işi plagiatdır və ikili vətəndaşlığı olduğuna dair şübhələr var. Bununla belə, seçkilərdə namizədliyi təsdiqlənir", - Rəsayi bildirib.
Sərt xətt tərəfdarı olan "Sabitlik Cəbhəsini" parlamentdə təmsil edən Həmid Rəsayi həmin müsahibədə keçmiş prezident Həsən Ruhaniyə qarşı bu cür ağır ittihamlar irəli sürdükdən sonra əlavə edib:
"Dediklərimin heç biri yalan və ya böhtan deyil, çünki cənab Ruhaninin oğlu atasının evində onun şəxsi silahı ilə öldürülüb. O vaxt onun evi hərbi qarnizonda idi və qarnizon qorunan obyektdir, heç kim kənardan gəlib onu öldürə bilməz. Ölüm hadisəsi bu adama məxsus xidməti və şəxsi silahla baş verib, üstəlik cənab Ruhani heç kimdən şikayət etməyib".
Deputatın bu iddiası ölkə mediası, sosial şəbəkələrdə qızğın müzakirə və mübahisələr doğurub. Eyni zamanda bir çox ictimai simalar, o cümlədən vaxtilə Həsən Ruhaninin müşaviri olmuş Hüsaməddin Aşina və islahatçı siyasi fəal Əhməd Zeydabadi Rəsayiyə kinayəli cavablar veriblər. Həsən Ruhani özü isə məsələyə münasibət bildirməyib və həmişə olduğu kimi susub.
Daha ətraflı videomaterialda:
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM




































