Region
Ermənistanda jurnalistlər parlamentdən qovuldu: Bu sualı verdikləri üçün
Erməni jurnalistlər Sona Qriqoryan və Knarik Manukyan Ermənistanın parlament binasına girmək və orada bir il işləmək hüququndan məhrum ediliblər.
Publika.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu, gündəlik "Joghovurd" qəzetinin müxbirlərinin hakim "Mülkü Müqavilə" partiyasının parlament fraksiyasının rəhbəri Hayk Konjoryana verdiyi "bazar qiymətindən aşağı qiymətə fərdi ev alması" ilə bağlı sualdan sonra baş verib.
Bildirilir ki, deputat sualı bəyənməyib və Milli Məclisin aparat rəhbərinin jurnalistləri binadan çıxarmasını tələb edib. O, jurnalistlərin müsahibə suallarını əvvəlcədən təqdim etmədiklərini və ümumiyyətlə, uyğun olmayan yerdə olmalarını əsas gətirib.
Erməni mətbuatı yazır ki, faktiki olaraq demokratik Ermənistanda jurnalistlərə parlament binasında sərbəst hərəkət etməyə icazə verilmir, onlar üçün müəyyən ərazi ayrılıb.
"Düzdür, Milli Məclisin təhlükəsizlik xidməti sual verən jurnalistlərin təyin olunmuş ərazidə olduğunu bildirib. Lakin onlar yenə də deputat Konjoryana yaxınlaşmağa cəsarət ediblər və o, bunu cinayət hesab edib" - deyə istinad olunan mənbə qeyd edib.
Bildirilir ki, Ermənistan Jurnalistlər Birliyibu qərarla razılaşmadığını bildirir.
Bəyanatda qeyd olunub ki, "Jurnalist sadəcə olaraq parlament üzvünün ona verilən sualı bəyənmədiyi üçün peşəsi ilə məşğul olmaq imkanından məhrum edilməməlidir, hətta həmin parlament üzvü hakim partiyanın fraksiya rəhbəri olsa belə".
Jurnalistlər Birliyi Milli Məclisdəki məsul şəxsləri konstruktiv işə qayıtmağa çağırıb.
Adəm
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ














.jpg)






.jpg)














