Region
Ter-Petrosyan Paşinyanı devirmək üçün blok yaradır: Görün yerinə kimi gətirir
Ermənistan Milli Konqres Partiyası 2026-cı il parlament seçkilərində iştirak edəcək.
Publika.az xəbər verir ki, bu barədə partiyanın sədr müavini, keçmiş millət vəkili Aram Manukyan mətbuat konfransında bildirib.
Manukyan bildirib ki, "Həm Respublika Şurası, həm də partiyanın idarə heyəti yekdilliklə qərara gəlib ki, birincisi, qarşıdan gələn seçkilərdə iştirak etsin, ikincisi isə İdarə Heyətinin sədr müavini Levon Zurabyanı baş nazirliyə namizəd kimi irəli sürsünlər".
Onun sözlərinə görə, 2026-cı il seçkiləri adi bir səsvermə deyil və partiyanın məqsədi sadəcə parlamentə düşmək deyil, ölkə suverenliyini itirmək təhlükəsi ilə üzləşib.
"Və bu mərhələdə sadəcə parlamentə düşməyi hədəfləyənlər hökumətin gündəliyinə birbaşa töhfə verirlər.
ANK-nın daha vacib bir məqsədi var: ölkənin hazırkı vəziyyətindən çıxmasına imkan verəcək böyük bir blok yaratmaq”, - Manukyan deyib.
Manukyanın sözlərinə görə, partiya koalisiya yaratmaq üçün müxtəlif siyasi qüvvələrlə, ziyalıların nümayəndələri və hüquqşünaslarla dialoq aparacaq.
Qeyd edək ki, partiyanın sədri Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyandır.
Tural
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ














.jpg)






.jpg)














