Region
ABŞ-la birbaşa danışıqlar mümkündür - Şamxani şərtləri açıqladı
İranın ali dini liderinin müşaviri Əli Şamxani bildirib ki, dolayı əlaqələr vasitəsilə anlaşma əldə edildiyi təqdirdə, ABŞ-la birbaşa danışıqlar mümkün ola bilər.
Publika.az xəbər verir ki, Şamxani bu barədə Livanın “Əl Mayadeen” televiziya kanalına danışıb.
“Birbaşa danışıqlardan əvvəl dolayı danışıqlar aparılmalıdır. Qarşılıqlı anlaşma əldə olunarsa və bu, tez bir zamanda ortaya çıxarsa, birbaşa danışıqlara keçə bilərik”, - Şamxani bildirib.
Onun sözlərinə görə, danışıqlar yalnız nüvə məsələsini əhatə edəcək.
Şamxani həmçinin dialoq üçün iki əsas şərt irəli sürüb. Birincisi, danışıqlar təhdid atmosferi və ya təhdid vasitələrindən istifadə olunmadan aparılmalıdır. İkincisi, hər iki tərəf masada ədalətli şəkildə təmsil olunmalı və danışıqlar qarşılıqlı anlaşmadan sonra, əsassız tələblər olmadan başlamalıdır.
“Əgər danışıqlar qeyd etdiyim iki şərtlə baş tutarsa, Amerika tərəfi ilə birbaşa və dolayı görüşlər mümkündür”, - deyə o əlavə edib.
Adəm
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
MDB12:19Hamının "zəifləyib" dediyi Rusiya ordusunda yeni növ birləşmələr yaradıldı
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ





































